Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO

Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO
Azərbaycanın "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət ediblər.

Bu barədə F. Şahbazlı özünün "Facebook” hesabında məlumat verib.

Məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib:  

"Daşkənddəyik. Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət etdik. Görüşdə Baş redaktor Əhməd Yusupov və büro rəhbəri Alişir Azimovla Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivlərini müzakirə etdik. Özbək həmkarlarımıza Azərbaycanda həyata keçirilən media islahatları haqqında məlumat verdik və Bakıya səfərə dəvət etdik”.
 

Xəbər lenti