Azərbaycan-Türkiyə qardaşlığının rəmzi olan Şuşa Bəyannaməsi böyük tarixi və siyasi əhəmiyyətə malikdir
24 İyun 2021, 17:02
24 İyun
2021
17:02
706
Əli Hüseynli,
Milli Məclisin deputatı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatmış 44 günlük ikinci Qarabağ savaşından sonra yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Səfərin və Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.
Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və Qarabağ torpaqlarının məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi olaraq eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.
Səfərin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun - Milli Qurtuluş günündə təsadüf etməsi də simvolikdir və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.
Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi Mustafa Kamal Atatürkün söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi "İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.
Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları 1923-cü ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarına çəpər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanına malik olacaqdır. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Şuşada möhürlənmişdir.
Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə ötən il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və indi də Şuşaya səfəri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir və əminəm ki, Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən bu istiqamətdə sərgilənən siyasi proseslərə yeni stimul yaradacaqdır.
Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.
Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə Ermənistan da daxil olmaqla "3+3” formatında sülh və əməkdaşlığa çağırışla sülhsevər niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.
Qarabağın dirçıldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən alovlu çıxışı bu ümidləri daha da alovlandırdı.
Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazıldı.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib