Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi hesabat verdi – FOTO/VİDEO

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin hesabat və təhvil-təslim mərasimi keçirilib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə Əlaqələr Departamentin Yenicag.az-a verilən məlumatda bildirilib ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin məsləhətçisi professor Halim Kazan, İstanbul Universitetinin professoru, tarixçi Xəlil Bal, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin rəhbəri Nuran Acar, İstanbul Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Xuraman Hülya Ağasoy, müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Təşkilatın idarə heyəti üzvləri Aysel Hüseynzadə və Dursun Məmmədov Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin il ərzində gördüyü işlərə dair təqdimat edərək, bu günə qədər reallaşdırılan layihələr, əldə edilən uğurlar və gələcək hədəflərlə bağlı geniş məlumat veriblər.
Birliyin qurucusu və fəxri başqanı Rəşid Həsən Mustafazadə çıxış edərək, təşkilatın yaradılma məqsədi və gənclər üçün aktual olan məsələlərə toxunub.
"Bizim əsas hədəfimiz sadəcə ölkəmizi tanıtmaq deyil, eyni zamanda həm Türkiyə, həm Azərbaycan gəncləri üçün böyük önəm kəsb edən təşkilatlanma və birlikdə hərəkət etmə ənənələrini gücləndirməkdir. Birlik olduğu yerdə bütün amallara çatmaq mümkündür, bu birliyin üzərinə elm, intellekt, zəhmət əlavə etdikdə isə nəticələr daha da mükəmməl olur”, – deyə Mustafazadə qeyd edib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin məsləhətçisi professor Halim Kazan Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərək, gəncləri dünyada bənzəri olmayan bu qardaşlığı davam etdirməyə səsləyib.
"Sizlər Azərbaycanın gələcəyisiniz və məhz sizlər sabah ölkənizi idarə edəcəksiniz. Bu məsuliyyəti dərk etməli və ölkənizdən kənarda keçirdiyiniz zamanı dəyərləndirməli, çox yüksək təhsil göstəriciləri əldə etməlisiniz. Sizin çiyinlərinizdə böyük məsuliyyət var”, – deyə Kazan vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı , Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım Azərbaycan -Türkiyə əlaqələrinin tarixi və hazırki münasibətlərindən danışaraq, hər iki ölkənin qarşısında duran ümumi problem və hədəflərdən söz açıb.
Şamil Ayrım İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini ifadə edərək, gələcəkdə daha da böyük uğurlar atmasını arzu edib. Deputat Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə hər zaman dəstək verməyə hazır olduğunu dilə gətirib.
"Biz böyük bir mücadilənin içindəyik, əziz gənclər! Bu mücadiləmizi birlikdə aparmalı, həmrəylik və birlik göstərməliyik. Mən daima sizin yanınızdayam”, – deyə Ayrım bildirib.
Daha sonra Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin idarə heyəti üzvləri və fəalları Nigar Əzizova, Anar Can Kıtay, Aydan Zülfüqarlı, Turqut Məmmədov, Gülər Adıgözəlova, Aysel Hüseynzadə, Dilarə Gökçe, Aynur Hüseynova, Dursun Məmmədov, Günay Bağırova, Nərgiz Məmmədova, Məhəmməd Sıcak il ərzində göstərdikləri fəaliyyətlərdən dolayı təşəkkürnamələr və hədiyyələrlə təltif ediliblər. İl boyunca birliyə dəstək verən müəllimlərə plaketlər verilib.
Keçirilən seçkilər nəticəsində təşkilatın yeni sədri İstanbul Universiteti Tarix fakültəsi tələbəsi Anar Can Kıtay olub. Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu Rəşid Həsən Mustafazadə simvolik olarak xələfinə Rəsulzadənin "Gəncliyə Xitabı”nı təqdim edib.
Anar Can Kıtay çıxış edərək gələcək planlar və keçiriləcək layihələr barədə iştirakçıları məlumatlandırıb və ona göstərilən etimadı doğruldacağına söz verib.
İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.
www.yenicag.az
Xəbər lenti
-
19:35Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Niderlandda Azərbaycan qadınlarından danışılıb
-
MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi hesabat verdi – FOTO/VİDEO
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Nyu Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş (FOTOLAR)
-
FOTO, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
“Qarabağ” rəqs qrupu Stokholmdakı festivala qatılıb
-
MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Kiyev və Xarkovdakı festivallarda milli-mədəniyyət nümunələrimiz nümayiş olunub
-
MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Tərəfdaşlar Dağlıq Qarabağ separatçıları ilə əlaqəli bankla əməkdaşlığı dayandırır
-
MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Erməni ordusu Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 noyabradək...
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq