“Azərbaycan haqq yolundadır” – PARTİYA SƏDRİ

“Azərbaycan haqq yolundadır” – PARTİYA SƏDRİ
"Paşinyan düşünürdü ki, kənar dövlətlərin dəstəyi ilə Azərbaycana təsir edə biləcək. Amma sonucda yenə yanıldı. Nə Fransa onun köməyinə çata bildi, nə İran, nə də başqa ölkələr. Çünki Azərbaycan haqq yolundadır və onu bu yoldan kimsə ya da hansısa təsir döndərə bilməz. Kim maraqlarımıza toxunsa, bizə qarşı ədalətsiz davransa cavabını alacaq. Bu dəqiqdir!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ermənistanın baş naziri çox ora-bura vurnuxur, öz aləmində zaman qazanmağa, vaxt uzatmağa, sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Amma bacarmayacaq! Alınmayacaq!. Ona görə ki, həmin uzatdığı və ya uzatmağa çalışdığı zaman içində hər şey özünün və dövlətinin əksinə, ziyanına işləyəcək. Sadəcə hələ onu dərk eləmir. Elə dərk etmədiyi üçün də Ermənistanı günbəgün daha dərin uçuruma aparır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti