Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun yarmarkası” keçirilib
31 May 2022, 19:46
31 May
2022
19:46
575
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 14-cü "Məzun yarmarkası” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məzun olan tələbələrə uğurlar arzu edərək, hər il ənənəvi olaraq keçirilən "Məzun yarmarkası”nda özünə iş tapan məzunların ölkənin aparıcı aqrar şirkətlərində çalışdığını bildirib. Pandemiya səbəb ilə tətbiq olunan məhdudiyyətlər son iki ildə məzun yarmarkasını keçirməyə imkan verməsə də, uzun fasilədən sonra ilk dəfə keçirilən ənənəvi yarmarkada 1700-ə yaxın tələbə 241 şirkət, idarə və müəssisə tərəfindən çıxarılan vakant yerlər üzrə çalışmaq üçün müraciət edəcəklər. ADAU rektoru "Məzun yarmarkası”na dəstək verən dövlət və özəl sektorun təmsilçilərinə təşəkkürünü bildirib.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, başa vurmaqda olduğumuz tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb: "Bu, aqrar təhsilə marağın artmasının göstəricisidir. Sevindirici haldır ki, məzun yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Eyni zamanda aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən ilə genişlənir, bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlınğının bariz nümunəsidir”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunlara uğurlar diləyib, tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.
Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər.
Tədbir iştirakçıları "Məzun yarmarkası” çərçivəsində ADAU-nun nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olublar. Bildirilib ki, burda aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrların hazırlanması üçün bütün imkanlar mövcuddur. İştirakçılar həmçinin universitdə fəaliyyət göstərən laboratoriyalar, simulyator otaqları, barama yetişdirmə məntəqəsi, müasir emalatxana və tədris otaqları ilə tanış olmaq imkanı əldə ediblər.
Tədbirin sonunda ADAU-nun 2 saylı Tələbə Evinin akt zalında ali təhsil müəssisəsində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə kadr hazırlığı prosesi, gənclərin aqrar sahə üzrə biliklərinin artırılması, müasir texnologiyalar və innovasiayalara çıxış imkanları, ikili diplom proqramları və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Xəbər lenti
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi