Azərbaycan diasporunun tarixində daha genişmiqyaslı yeni mərhələnin əsası qoyuldu - TƏHLİL

1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızda ciddi problemlər yaşanırdı. Siyasi-iqtisadi böhran, daxili çəkişmələr, xüsusən də Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altına almışdı. Xarici havadarların köməyi nəticəsində müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün isə qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib idi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün məsələləri müdriklik və təmkinlə sahmana salmağa başladı. Qətiyyətli iradəsi sayəsində ölkədə tədricən ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin millimənəvi dəyərlərə söykənən demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Xarici səfərlərdə olarkən Ümummilli liderimiz mütəmadi olaraq vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşür, onları dinləyir, məsləhətlər verir, həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla six əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi.
44 günlük Vətən müharibəsi zamanı isə diaspor təşkilatları vahid bir mexanizm kimi birləşdilər və düşmənə sarsıdıcı zərbələr endirlər. Ümumilikdə, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi hansı formada və ya formatda fəaliyyət qurdular və nəticələr nədən ibarət idi?
Məsələ ilə bağlı Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlu ilə söhbətləşdik. Onun sözlərinə görə Komitə son 2 ildə bu sahəni yenidən mərkəzləşdirmək üçün bütün innovativ alətlərdən istifadə etmiş oldu: "Artıq diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədinin yalnız xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin milli xüsusiyyətlərini qorumaqdan, inkişaf etdirməkdən, Azərbaycanla əlaqələrini möhkəmlətməkdən ibarət olmadığını zaman diqtə edir.
Son üç ildə Azərbaycan diasporunun tarixində daha genişmiqyaslı yeni mərhələnin əsası qoyuldu. Bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor təşkilarının koordinasiyalı fəaliyyətinin təşkili, təşkilatların mütəşəkkil fəaliyyətinin qurulması üçün silahlandırılması, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, həmvətənimizin yanında olmaq, onların sosial və digər problemlərindən xəbərdar olmaq, həlli istiqamətində konkret addımlar atmaq, qanunvericilik bazasının təkmilləşdirilməsi, maarifləndirmə, inteqrasiya, sosial və mədəni fəallığın artırılması istiqamətində tədbirlər, innovasiyaların, yüksək texnologiyaların diaspor quruculuğu prosesinə tətbiqi, milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təsis etdiyi diaspor təşkilatları ilə kəsintisiz əlaqənin qurulması qarşıda duran əsas vəzifələrdən olmuşdur.
Bu vəzifələrin qısa müddətdə icrası Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə və ən əsası vətənlə əlaqələrin tamamilə qırılmaq, yox olmaq təhlükəsinin sovuşmasına, vaxt keçdikcə daha da möhkəmlənməsinə səbəb oldu. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə zəmin yaratdı.
Bununla da Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlandı.
BİRGƏ VƏ KOORDİNASİYALI FƏALİYYƏTƏ ALTERNATİV YOXDUR
Müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi və mütəşəkkil forma alması üçün onların vahid mərkəzdə birləşməsi zəruridir. Bu sahədə əhəmiyyətli addımlar atılıb, proses hələ də davam edir. Bu gün 27 ölkəni əhatə edən 13 koordinasiya şurası fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarını birləşməyə və koordinasiya şuraları çərçivəsində fəaliyyətə təşviq edir. Diaspor təşkilatları mövcud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addımlara daha operativ adekvat cavab verməklə mühüm işlər görür və nəhayətində diasporumuz ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə təsirli reaksiya verir. Keçən üç il ərzində sübut olundu ki, birgə və koordinasiyalı fəaliyyətə alternativ yoxdur.
AZƏRBAYCANLILAR MİLLİ İNFORMASİYA MƏKANINDAN KƏNAR DÜŞMÜRLƏR
Birgə və koordinasiyalı fəaliyyətin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri də milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək və qlobal informasiya resurslarına çıxışı təmin etməkdir. Bu gün dünyanın 156 ölkəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsini və bilavasitə Azərbaycan diasporunu özündə birləşdirən informasiya mühiti yaranmış, yeni texnologiyaların yaratdığı münbit şərait ilə günü-gündən əhatəsi genişlənməkdə, təsir imkanları güclənməkdədir. Bir sözlə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar coğrafi məkandan – Vətəndən ayrı qalsalar da milli informasiya məkanından kənar düşmürlər.
Bütün bunlarla yanaşı xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin cəmiyyətinə uyğunlaşması və inteqrasiyası, sosial və mədəni fəallıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir.
SOYDAŞLARIMIZ ÜÇÜN ÜMİD YERİ
Bu gün dünyanın 10 ölkəsində daha çox azərbaycanlının yaşadığı şəhərlərdə 13 Azərbaycan evi fəaliyyət göstərir.
Azərbaycan Evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında və birliyində mühüm rol oynayır, bəzən də çətinliklərlə üzləşən soydaşlarımız üçün ümid yeri olmaqdadır. Soydaşlarımızın problem və qayğıları, onların birliyi və təşkilatlanmasıdakı mövcud vəziyyətlə kompleks halında diqqətə alınır.
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

Xəbər lenti
-
12:06Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi
-
12:24Azərbaycanı gözləyən “Zəfər” seçkisi
-
11:56Yeni ildə 7 gün iş olmayacaq
-
17:30Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
AZƏRBAYCAN, MANŞET
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
AZƏRBAYCAN, MANŞET
7NEWS.az saytı 9 yaşını qeyd edir
-
AZƏRBAYCAN, MANŞET
“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNU DƏSTƏYİ İLƏ
-
AZƏRBAYCAN, MANŞET
“Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilir – TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışı zəruri edən əsas amillər - TƏHLİL