Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir - TƏHLİL

"ABŞ cənubi Qafqaza girir, Gürcüstandakı uğursuzluqdan sonra bu dəfə Ermənistan vasitəsilə”
7NEWS.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşunas Polad Mehdi son hadisələrə münasibət bildirərkən deyib: "Məlum olduğu kimi 44 günlük müharibədən sonra bölgədə yeni siyasi və hərbi reallıqlar yarandı. Qarabağ atəşkəs bəyanatı imzalanır. Bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə NMR arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Gündəmə Zəngəzur dəhlizi məsələsi gəlir. "Minsk qrupunun fəaliyyəti dayandırılır. Azərbaycan Respublikasının Prezidenti təmas xəttinin və status-kvonun olmadığını bəyan edir.
Dağlıq Qarabağ anlayışı aradan qalxır, Prezidentin 07. 07. 2021-ci il tarixli fərmanı ilə Qarabağ iqtisadi rayonu yaradılır. Lakin görürük ki, ABŞ artıq fəaliyyət göstərməyən "Minsk qrupuna” yeni "həmsədr” təyin edir, tez-tez "Dağlıq Qarabağ” ifadəsini dilə gətirir və s. Ermənistan tərəfindən təxribat törədilir və Azərbaycana qarşı hərbi təcavüz edir. Ermənistan Azərbaycan arasındakı təxribatlar və lokal müharibələr sərf edir: Ermənistana (ən çox Paşinyan hakimiyyətinə) ABŞ-a(Qərbə) sərf etmir: Azərbaycana və Rusiyaya Ermənistan sülh şərtlərini qəbul etmək istəmir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Ən azından Rusiya-Ukrayna müaribəsi səbəbindən bu prosesi ləngitməyə, müddəti uzatmağa çalışır. Bu cür lokal müharibələrlə bütün dünyaya Qarabağ probleminin mövcud olduğunu, birgə yaşamağın mümkün olmadığını göstərmək istəyir. Lokal müharibələr Rus sülhməramlılarınln işinin öhdəsindən gələ bilmədiyi görüntüsü yaradır və daha fərqli güclərin bölgəyə gəlməsinə zəmin yaradır. Rusiya: Bölgədə kifayət qədər mövqeləri var. Həm Ermənistanda həm də sülhməramlılar qismində Qarabağda (Azərbaycanda). Ukraynada başı sıxışan Rusiyaya bölgədə yeni macəra lazım deyil. Yəni Rusiya edir, Rusiya qazanır, möhkəmlənmək istəyir, Paşinyanı devirmək istəyir və. s kimi fikirlər hesab edirəm ki həqiqətə uyğun deyil. Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. İşğalçı kimi münasibət görmür. Qərb dünyası səssiz qalır.
Bir günlük müharibədə Ermənistandakı hədəflər zərərsizləşdirilir. Qərb əməlli başlı narahat olur. Ermənistanla Azərbaycan arasındakı son toqquşmanı BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarır. Bəyanat bəyanat dalınca verilir. Və Tayvana gedən Nensi Pelosi Ermənistana gəlir”
"Qoy hec kim yaddan çıxarmasın, Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir.”
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili İlham Məmmədov son hadisələrə münasibət bildirərkən deyib: "ABŞ konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində Azərbaycan əleyhinə verdiyi açıqlamalar hər bir azərbaycanlının hissiyyatına toxunan bir bəyanat olduğu üçün kəskin etirazımızı mətbuat və digər vasitələrlə bildiririk. Bu olduqca qərəzli və iki ölkə arasında mövcud əlaqələrinə kölgə salan bir bəyanatdır. Ölkəmizin prezidenti cənab İlham Əliyevin apardığı qlobal səviyyəli uğurlu siyasət nəticəsində Azərbaycan Amerika münasibətləri həmişə yüksələn xətlə inkişaf edib. Nensi Pelosinin bu bədnam bəyanatı isə iki ölkə arasındakı münasibətləri sanki açıq şəkildə pozmağa yönəlmişdir. Əslində bu kimi bəyanatları son 30 ildə biz çox eşitmişik.
1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistan deyil təcavüzə məruz qalan Azərbaycanı cəzalandırmaq üçün Azadlıq aktına 907-ci düzəlişi qəbul edən ABŞ konqresindən və o zamanlarda bu aktın ölkəmiz əleyhinə qəbul olunmasında xüsusi canfəşanlıq göstərmiş Nensi Pelosidən bundan artıq nə gözləmək olar ki. Əlbəttə Hamıya aydındır ki bu ssenari Amerika konqresinə bu yaxınlarda keçiriləcək aralıq seçkilərdə qalib gəlmək ücun Amerikada olan erməni lobbisinin dəstəyini almaqdır. Əslində bu halın özü Amerika kimi dünya güclərindən biri olan dövlətin özünə baş ucalığı gətirmir. Bir azacıq erməninin səsini almaq üçün bu qədər riyakarlıq dünyanın fundamental demokratik dəyərlərinə də böyük bir zərbədir. Nensi nənə erməniləri barmağına dolayaraq onların səsini almağa ümid edir ermənilər isə xəyallarında bir daha dənizdən dənizə yeni formatda Ermənistan qururlar necən ki, bu keçən əsrin əvvəllərində də də dənizdən dənizə Ermənistanı xəyallarında canlandırmışdılar. Yəqin yenə də fikirləşirlər ki, Nensi gəldisə yəqin Azərbaycan və Türkiyə əleyhinə yeni bir bədnam Sevr müqaviləsi hazırlamağa ümid var yəni keçən əsrin əvvəllərində olduğu kimi Azərbaycanın və Türkiyənin əleyhinə yönəlmiş bədnam Sevr müqaviləsi imzalanacaq və Vilson Ermənistanı qurulacaq. Hesab edək ki, bu ermənilərin və onların qoca nənəsi Pelosinin əbədi yuxusu kimi olaraq qalacaqdir. Qoy hec kim yaddan çıxarmasın, Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir. Onun güclü və qüdrətli ordusu var. 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünya gördü. Bu gücün nüvəsində isə onu müzəffər və qətiyyətli Ali baş komandanı vətənimizin bir qarışına qarşı belə əl uzadanlara qarşı həmişə barışmaz olub. Qoy bunu da heç kim yaddan çıxarmasın.”
"ABŞ və Fransada səfirliyimizə edilən basqına göz yumulması əslində həmən ölkələrin acizliyi kimi də dəyərləndirilməlidir.”
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev son hadisələrə münasibət bildirərkən deyib: "Mən ABŞ və Fransada hayların Azərbaycan səfirliyinə qarşı etdikləri basqıya, törətdikləri vəhşiliyə gərəkən reaksiyanın verilməməsinə təbii baxıram. Axı söhbət o ölkələrdən gedir ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarındakı hay vandalizminə də uzun illər göz yumurdular, halbuki ən azından Minsk qrupunun həmsədrləri olaraq belə etməməli idilər.
ABŞ və Fransada səfirliyimizə edilən basqına göz yumulması əslində həmən ölkələrin acizliyi kimi də dəyərləndirilməlidir. Görünür, onlar bizim regionda proseslərə təsir göstərə bilmədiklərindən bu yolla haylara dəstəklərini sərgiləyirlər.
Və ABŞ-ın Azərbaycandakı səfirliyi də yaxşı olar ki, öz səhifəsində bizim gözəl tanıdığımız Vudro Vilsondan Nensi Pelosinin İrəvanda tökdüyü göz yaşları kimi manipulyasiya xarakterli sitat yerləşdirməkdənsə, sözü gedən xanımın ölkəmizə qarşı səsləndirdiyi əsassız açıqlamalarına aydınlıq gətirsin.
Səfirlikdəkilər unutmamalıdırlar ki, beşinci kalondakıları çıxmaqla bu ölkənin vətəndaşları üçün "Böyük Ermənistan" sevdalılarının sevimlisi Vudro Vilsonun yüz dörd il bundan öncə Parisdə gördüyü azərbaycanlılar haqda nə deməsi yox, ABŞ-ın regionda özünü necə aparması önəmlidir və bizim o dövlətə yanaşmamızı da məhz Pelosi kimilərin hərəkəti müəyyənləşdirir.”
Mənsur Mustafayev
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8

Xəbər lenti
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
Digər xəbərlər
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov Vyanada ATƏT-in yüksək səviyyəli Konfransında iştirak edəcək – Agentliyin dəstəyi ilə
-
AZƏRBAYCAN, SİYASƏT
“Vardanyan istifadə olundu və...” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
AZƏRBAYCAN, SİYASƏT
“Azərbaycanın cavabı çox ağır və qəti olacaq” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov ATƏT-in mühüm konfransında iştirak edəcək - VARŞAVADA (FOTO)
-
AZƏRBAYCAN, SİYASƏT
Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvətimizə baxmayaraq, Şuşaya səfərdən imtina edirlər"
-
AZƏRBAYCAN, SİYASƏT
Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır – Millət vəkili