Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
02 İyun 2023, 16:56
02 İyun
2023
16:56
255
Əli Hüseynli
Milli Məclisin deputatı
Mayın 31-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian OilGas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin açılışı olmuşdur. Tədbirdə giriş çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bölüşmüşdür.
Tarixi həqiqətdir ki, Azərbaycanın uğurlu neft strategiyasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunundan etibarən ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən formalaşmağa başlamışdır. Belə ki, birinci Qarabağ savaşında atəşkəsin əldə edilməsi ilə respublikada siyasi və iqtisadi sabitlik təmin edilmiş, xarici sərmayələrin yatırılması üçün Azərbaycan cəlbedici ölkəyə çevrilmişdir. 1994-cü ildə Bakıda ilk neft-qaz sərgisinin keçirilməsi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratdı. Həmin ildə imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı vəziyyəti kökündən dəyişdi və bununla da dayanıqlı inkişaf və iqtisadi müstəqilliyin təməli qoyuldu, Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi.
30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq etməkdə davam edir. Bu gün enerji təhlükəsizliyinin milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu vurğulayan cənab İlham Əliyev eyni zamanda qeyd edib ki, "Azərbaycan artıq nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının çox sayda ortaq maraqları var və bu sahədə potensial getdikcə daha da genişlənməkdədir. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə yanaşı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü kimi bu istiqamətdə həyata keçirilən fəaliyyətə mühüm töhfələr verir.
Enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi kimi liderliyə can atan Azərbaycan Avropanın enerji təhlükəsiziyi arxitekturasında coğrafiyasını daim genişləndirməyə çalışır və buna uğurla nail olur. Belə ki, qlobal əhəmiyyətli layihə olan Cənub Qaz Dəhlizi 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır. Prezident İlham Əliyevin bu məsələyə baxışı rasional yanaşmanın təzahürüdür: "Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir”. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçirilir. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcəkdir.
Ötən ilin dekabr ayında Buxarest şəhərində Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya və Avropa Komissiyası Prezidentinin iştirakı ilə dair yaşıl enerjiyə və transmissiyaya dair mühüm sənəd imzalandı. "Həmrəylik Halqası” layihəsinə isə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bütün bunlar yeni nəhəng interkonnektorların inşasını, bununla da enerji təchizatı prosesinin şaxələndirilməsini şərtləndirir.
Avropa İttifaqı liderləri və istehlakçı ölkələrin rəhbərləri səviyyəsində Azərbaycanın etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi dəyərləndirmələri ölkəmizin beynəlxalq statusunu artıran önəmli amildir. Azərbaycan 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Bundan əlavə, son illər, xüsusilə postmünaqişə dövrünün yeni reallıqları və yaranmış yeni imkanlar fonunda bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərməyə başlamışlar. Ölkə rəhbəri çıxışında bu perspektivin real potensiala söykəndiyini bildirmişdir: "Bunun üçün imkanlar var - "Şahdəniz” və "Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”.
ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə ünvanladıqları məktublar Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən xəbər verir və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna verdikləri yüksək qiymətə işarədir. Dövlətimizin başçısı konkret arqumentlərlə bu fikri birmənalı olaraq təsdiq edib: "ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin”.
Gələcək perspektivlərlə bağlı düşüncələrini bölüşən Prezident İlham Əliyev bir sıra mühüm təkliflərlə də çıxış etmişdir. O, TANAP-ın və TAP-ın genişlənməsinin zəruriliyini önə çəkmiş və bizim digər Avropa boru kəmərlərinə də çıxışımızın təmin olunması ilə bağlı təklif irəli sürmüşdür: "Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir”.
Xatırladaq ki, dünən 28-ci Bakı Enerji Forumu işə başlayıb. 600-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında etibarlı tərəfdaş kimi mühüm mövqeyə sahibdir və bu forum da özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləmişdir.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
MANŞET, SİYASƏT, GÜNDƏM
“Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın faktiki ifşasıdır” – Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Milli ideyalara sədaqət - GÜLARƏ VERDİYEVA YAZIR
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Əli Hüseynli Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb
-
MANŞET, SİYASƏT, GÜNDƏM
MEDİA “Sərhədsiz Reportyorlar”a şəhid jurnalistlərlə bağlı məktub göndərdi
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü - Foto
-
MANŞET, SİYASƏT, GÜNDƏM
AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN BƏYANATI