Azay Quliyev: “ATƏT-də qərarların qəbulunda konsensus qalmalıdır” - VİDEO
11 Mart 2021, 10:00
11 Mart
2021
10:00
934
Bu gün ATƏT Parlament Assambleyasının (ATƏT PA) "Fəaliyyət Çağırış – Helsinki+50” işçi qrupunun ikinci görüşü keçirilib.
Tədbirdə ATƏT PA-nın prezidenti Piter Lord Bouness, ATƏT rəhbərliyinin nümayəndələri, ATƏT-in hüquq departamentinin rəhbəri Stiven Uolş, ATƏT DTİHB-nin direktoru Matteo Mekaççi, ATƏT PA-nın vitse-prezidentləri Marqareta Sederfelt (İsveç) və Kari Henriksen (Norveç), ATƏT Parlament Assambleyasının sabiq prezidentləri və ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərləri və üzvləri iştirak edib.
Görüşdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT çərçivəsində tətbiq olunan konsensus prinsipinin bir sıra aspektlərinə toxunaraq bu qaydanın təkmilləşdirilməsinin mümkün yollarına dair təkliflər irəli sürüb.
Azay Quliyev 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş konsensus prinsipi və öhdəliklərin ATƏT-in təhlükəsizliyi və fəaliyyətinin təməlini təşkil etdiyini bildirib. Vitse-prezident deyib ki, ATƏT PA kimi inklyuziv bir təşkilatda heç bir ölkənin rəyi daxili proseslərimizin hər hansı mərhələsində diqqətdən kənarda qala bilməz: "ATƏT-in qərar qəbuletmə metodu kimi konsensusdan istifadə etməsi təşkilatımızın köklərindən irəli gəlir və bu qayda bir neçə dəfə yenidən təsdiqlənib. Qeyd etmək lazımdır ki, konsensus prinsipinə söykənərək yavaş və mürəkkəb qərar qəbuletmə proseduruna görə ATƏT müntəzəm olaraq ciddi şəkildə tənqid olunur. Bu tənqidlərin bəziləri adekvat olsa da, bir hissəsi əsassızdır.
Əminəm ki, qərarlara dair konsensus yanaşması qorunmalıdır. Qəbul edilmiş qərarların və götürülmüş öhdəliklərin həyata keçirilmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığı üçün konsensus proseduru ATƏT-in zəifliyindən daha çox üstünlüyüdür.
Hamımızın bildiyimiz kimi, təhlükəsizlik anlayışı bölünməzdir. Konsensus qaydalarında istisnaların tətbiq olunması, bir və ya daha çox üzvün mövqelərinə məhəl qoymadan təhlükəsizlik ehtiyaclarının təhlükəyə atılması ilə nəticələnəcəkdir.
Buna baxmayaraq, ATƏT daxilində konsensusun əldə edilməsinin getdikcə çətinləşdiyini vurğulamaq istərdim. Büdcə, kadr təyinatları və ümumi inzibati məsələlər ilə bağlı uzanan danışıqlar təşkilatın fəaliyyətinə mane olur və təlatümlü vəziyyətlər yaradır”.
Azay Quliyev bildirib ki, inzibati və siyasi qərarları ayırmaq cəhdlərini qeyri-realistik və sünidir. Məsələn, resurslarla bağlı hər hansı bir qərar, iştirakçı dövlətlərin maliyyə məsuliyyətini şərtləndirir və bu səbəbdən bu hallarda konsensusun alternativi yoxdur. Heç bir tərəf ayrı-ayrı ölkələrin qoşula bilməyəcəyi və əlavə xərclərin tətbiq olunmasını nəzərdə tutan qərarları qəbul edə bilməz: "Həm də vurğulamaq istərdim ki, ATƏT iclaslarının gündəliyi və təşkilati məsələləri ilə bağlı məsələlər çox siyasi ola bilər. Bir qonaq, vətəndaş cəmiyyəti təşkilatı və ya tərəfdaş təşkilatın yerinə digərlərinin qonaq qismində dəvət olunması siyasi baxımdan həssas məsələdir. Buna görə biz Parlament Assambleyası olaraq kənarda qalmamalıyıq, ATƏT-in təkamül prosesində iştirak etməli və mövcud vəziyyətin problemlərinə qarşı yeni həll yolları təklif etməliyik.
ATƏT PA-nın "Helsinki+40” layihəsini xatırlasaq, bunun konkret nəticələrinin və icrasına nəzarət mexanizmlərinin olmamasını, əsasən bəyanat xarakterli bir sənəd olduğunu görərik. Bunun yenidən baş verməsinə yol vermək olmaz.
"Helsinki+50” layihəsini təqdim etmək üçün təxminən 4 ilimiz var. Biz indidən işə başlamalıyıq və bu prosesin konkret nəticələr verdiyinə və "Helsinki+40” layihəsinin boşluqlarının qarşısını aldığımıza əmin olmalıyıq”.
Azay Quliyev işçi qrupunun nəticələrinin təsdiqlənməsi üçün ATƏT PA-dan vasitəçi təyin olunmasını təklif edib. Bu vasitəçi Büroya Daimi Komitə tərəfindən təsdiqlənəcək ilkin 6 aylıq iş planını təqdim etməlidir. "Helsinki+50”-in yekun hədəfinə çatmaq üçün vasitəçiyə Assambleya tərəfindən aydın və güclü bir mandat verilməlidir: "Təklif edərdim ki, hər bir "Fəaliyyətə Çağırış” iclasından əvvəl vasitəçinin ATƏT siyasətinin effektivliyini gücləndirmək, gündəmi təkmilləşdirmək, qurumun nüfuzunu yüksəltməyi təşviq etmək və zərurət yaranarsa ATƏT prosedurları və təcrübələrinin islahatını həyata keçirmək üçün hökumət tərəfdən qeyri-rəsmi olaraq toplanan fikirləri əks etdirən bir sənəd hazırlansın.
Əminəm ki, səfir Lamberto Zannier bu vacib və zəhmət tələb edən vəzifəni icra etmək üçün kifayət qədər təcrübəyə, imkanlara və nüfuza malikdir.
Yekunda konsensus prinsipinin mümkün mənfi təsirlərinin minimuma endirilməsi üçün ATƏT-də şəffaflığın əhəmiyyətli dərəcədə artırılmasını təklif edərdim.
Təşkilatdaxili müzakirələr daha açıq və şəffaf olmalı və yalnız konsensusun əldə edildiyi mövzularla məhdudlaşmamalı, eyni zamanda konsensusun olmadığı həll olunmamış məsələlərlə bağlı da aparılmalıdır.
Bununla bərabər mən Assambleyamızın milli parlamentlər, ATƏT və qurumları arasında vasitəçi rolunu oynayan üzvlərinin də rolunu qeyd edərək, bunun təşkilatımızı daha da gücləndirərək ortaq hədəflərimizə çatmağa kömək edə biləcək "Helsinki+50” layihəsinin hazırlamasında əhəmiyyətli rolunun olduğunu qeyd etmək istərdim”.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama