“AŞPA”zların yeni vineqredinə sözardı...” – Azərbaycanlı deputat ŞOK faktları açıqlayır!

24 Yanvar 2024, 11:53
24 Yanvar
2024
11:53
330
AŞPA-nın Azərbaycanla bağlı qərarı ölkəmizin ictimai-siyasi sektorunda çox ciddi narazılıqla qarşılanıb və haqlı etirazlara səbəb olub. Burası öz yerində.
Mən isə bu gün 4 il müddətində AŞPA nümayəndə heyətinin üzvü olaraq apardığım bəzi müşahidələri və mövcud durumda "isti” qənaətlərimi sizlərlə bölüşmək istəyirəm.
Əvvəla. Desəm ki, Avropa ailəsinin inkişafı və təmərgüzləşməsi üçün bu qurumun heç bir faydası olmayıb, o zaman ədalətdən kənar qalaram. Xeyr! Olub. Həm də yetərincə. Ən azından (ələlxüsus) inkişaf etməkdə olan dövlətlərdə ölüm hökmünün ləğvi birbaşa Avropa Şurasının adı ilə bağlıdır. Eyni zamanda sovet şinelindən çıxmış dövlətlərin demokratiyaya sürətli keçidinin təmin edilməsi, bəzi gizlin Avropa həbsxanalarında baş verən cinayətlərin ifşası, mütərəqqi qanunların hazırlanması ilə bağlı verilən rəylər də həmin qəbildəndir.

Amma və lakin! Bu təşkilatın 21-ci əsrin ilk onilliyindən etibarən Qərbin təsir dairəsinə düşməsi, dini mənsubiyyət zolağında tərəfkeşlik saxlaması, prezidiumun əsasən "beşlik” dövlətlərinə təslim edilməsi hər şeyi kökündən məhv etdi. Hə, əvvəllər də AŞPA daxilində siyasi böhranlar, qalmaqallar yaşanıb və bu kontekstdə Qərbi Almaniya ilə Fransa arasında baş vermiş "bayraq” konfliktini, "soyuq müharibə” dövründə birtərəfli yanaşmadan doğan xaotik qarşıdurmanı nümunə kimi göstərmək olar. Fəqət..məlum ziddiyyətlər heç bir halda "siyasi epidemiya” halına gəlməyib və müəyyən kompensasiyalarla (güzəştlərlə) öz həllini tapıb.
İndi isə AŞPA sanki "qiraətçilər klubu”dur və gerçək anlamda öz himninə ("Sevinc üçün qəzəb”) bənzəyir. O, ancaq danışır. O, Avropa İttifaqından fərqli olaraq məcburi qanunlar qəbul etmək səlahiyyətinə sahib olmadığı üçün nəsə etməyə, özünü necəsə göstərməyə, qaldırmağa çalışır və...həmin "nəsə”lərin,"necələrin” realizəsini də mövcud situasiyada olduqca bərbad icra edir. O, Makronun "İşlər İdarəsi”nə çevirilib. O, hamıya və hər yerə Strasburq eynəyi ilə baxır...
AŞPA elə qurumdur ki, çöldə, bayırda üzünə gülüb səninlə fəxr etdiyini söyləyənlər qərar qəbul edilən vaxt gözləmədiyin halda əleyhinə səs verə bilərlər.
AŞPA elə məkandır ki, orada məsələlər nə qədər qərib səslənsə də Plenar iclas salonundan başqa hər yerdə; kuluarlarda, mərtəbələrdəki ofislərdə və ələlxüsus Assambleyanın dar bufetində öz həllini tapır.
AŞPA – ehtiyat etdiyi üzvlərə yüklənmək üçün öz ətrafında (daha dəqiq desək, patronajlığında) saxladığı QHT-ləri mütləq bir şəkildə prinsipial mövzular üzərindən dövriyyəyə buraxır, onlar üçün öz cibinin xərci ilə xüsusi iclaslar təşkil edir, belələrindən "rəyçi” düzəldir. (Məsələn, Emin Hüseynov)
AŞPA-da fransız hökmranlığı mütləq və dominant kursdur. Bəlkə də, üzdə rəhbər şəxslərin rotasiyası ilə baş aldada bilərlər, amma onun Aparatının daimi işçiləri - katibdən tutmuş kargüzara, mühafizəçidən tutmuş qarderobda dayanana qədər – hamısı fransızdır.
AŞPA – Orduxan Teymurxanın, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının və bu kimi bir çox nanəcibin üzünə pərvazla açılsa da, əsl ziyalı kəsimini təmsil edən ictimai təşkilat rəhbərləri üçün öz qapılarını daim bağlı saxlayan təşkilatdır.
Bir haşiyə çıxım: Assambleyanın daxili qaydalarına əsasən, iclas salonuna yalnız qırmızı "bəcik”li deputatlar və ya həmin deputatlardan birinin müşayəti ilə kimsə girə bilər. Diqqət edin: icazəsi deyil, məhz müşayəti ilə! Və..biz zala daxil olanda bir baxırdıq ki, "söyüş müxalifəti”nin üzdəniraq nümayəndələri hamıdan qabaqda, ən başda oturublar.
Əlbət, onları içəri biz salmırdıq. Bəs kim? Əsas da niyə?!
Hərdən bu tip suallar da verilir: Avropa Şurası ümumiyyətlə bizə nə üçün lazımdır? Cavab sadədir: Ermənistanın və digər düşmənlərimizin bərqərar olduğu məkanda öz mövqeyimizi bildirmək, Azərbaycan reallıqlarını Avropa ailəsinin diqqətinə çatdırmaq və lazım gələndə müdafiə olunmaq üçün. Vəssalam!
Yəni, məsələ ədalət axtarmaq məsələsi deyil, meydan və platforma məsələsidir. Xüsusən də torpaqlarımız işğal altında olarkən bizim məlum platformaya həqiqətən çox ehtiyacımız olub. Ədalət faktorunun üzərindən isə ona görə məlum eyhamla keçirəm ki, Avropa Şurası ümumiyyətlə onun varlığından xəbərsizdir. Bu məkanda kiminsə qulağının dibi qaşınırsa, zərbəni ancaq özün vuracaqsan. Özün vurmalısan! Çünki oranın "daşqoyanları” haqqın yanında olmaq kimi bir öhdəlik daşımadıqlarına özlərini çoxdan inandırıblar.
İndi isə gələk Azərbaycanla bağlı QƏRARA...

Mən bilmirəm, AŞPA-nın aşpazları 2 gün öncə "Yelisey”dən gələn sifariş və xüsusi reseptlə nə vineqred hazırlayıblar, onun içinə hansı təamları, tərəvəzləri qatıblar. Amma bir həqiqəti dəqiq bilirəm ki, belə salatların iyrənc qoxusu artıq 5 min kilometr uzaqlıqdan da adamı vurur. Vurmaq bir yana, həm də diksindirir!
Sizin minnətiniz olsun ki, biz gəlib Assambleyanın işində iştirak edək və səs verək.
Zatən bu gedişlə orada Makronun kəkilli deputatlarından savayı kimsə qalmayacaq...

Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov