Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Kiyevdə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə 7NEWS.Az-a YAP-dan məlumat verilib.
Ali Radada keçirilən görüşdə Ukrayna tərəfindən spikerin birinci müavini Aleksandr Kornienko, hakim "Xalqın Xidmətçisi” partiyasının sədri, deputat Yelena Şulyak, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, həmsədrin müavini Lyudmila Marçenko iştirak ediblər.
Qonaqları salamlayan Ruslan Stefançuk bildirib ki, Azərbaycan və Ukraynanı ortaq keçmişdən daha çox uğurlu və keyfiyyətli gələcək birləşdirir. Azərbaycanın ərazi bütövlüyü problemini həll etdiyini deyən Ali Radanın sədri Ukraynanın da ərazi bütövlüyü məsələsinin həllinə nail olmaq istədiyini vurğulayıb. Qeyd edib ki, Ukrayna bu sahədə Azərbaycanla fikir mübadiləsi aparmaq, Azərbaycanı Qələbəyə aparan təcrübədən faydalanmaq istəyir.
"Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu da bizim əsl dost olmağımızdan xəbər verir. Əlaqələrimizin təkcə parlamentlərarası deyil, həm də partiyalararası inkişafı önəmlidir. İqtisadi, siyasi və rəqəmsal sahələrdə birgə layihələr həyata keçirmək olar”, - deyə Ruslan Stefançuk əlavə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, iki ölkə arasında isti dostluq münasibətləri tarixən mövcud olub.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qarşı tərəfə salamlarını çatdıran Tahir Budaqov bildirib: "Prezidentimizin Ukraynaya çox isti münasibəti var. Ukraynada güclü Azərbaycan diasporu mövcuddur. Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında diasporun da öz xidməti var. İki ölkə arasında əlaqələrin inkişafı potensialı böyükdür. Əminəm ki, bu istiqamətdə birlikdə hərəkət edəcəyik. Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski demokratik prinsiplərə, ölkələrimizin, xalqlarımızın milli maraqlarına əsaslanan münasibətləri inkişaf etdirirlər. Partiyalarımız arasında əlaqələr nə qədər sıx olsa, bütün sahələrin inkişafına öz töhfəsini verər”.
Sonra çıxış edən Aleksandr Kornienko, Yelena Şulyak, Valeriy Kolyux, YAP-ın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Veteranlar Şurasının sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Ramil Həsən iki ölkə arasında əməkdaşlığın inkişafından danışıblar.
Daha sonra YAP və "Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və "Xalqın Xidmətçisi” partiyasının sədri Yelena Şulyak imzalayıblar.
Qeyd edək ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli və Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da iştirak ediblər.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR