Afrikada yeni epidemiya panikası: ÜST ekspertləri araşdırır

Afrikada yeni epidemiya panikası: ÜST ekspertləri araşdırır
7NEWS.az xəbər verir ki, Dünyanın ən ölümcül xəstəliklərindən birinin Afrikada ortaya çıxması yeni epidemiya qorxusu yaradıb. 'Marburq' virusundan ölən iki xəstənin xəbərini alan Ümumdünya Səhiyyə Təşkilatı dərhal tədbir görüb.
Afrika ölkəsi Qanada səlahiyyətlilər son dərəcə təhlükəli hesab edilən Marburq virusundan iki nəfərin ölməsi ilə epidemiya həyəcanı verib. Ölkənin cənubundakı Aşanti bölgəsindən olan xəstələrin bir-birini tanımaması narahatlıq yaradıb.

7NEWS.az

Xəbər lenti