Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib

Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
Ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulur

Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.

Ağdam rayonunda keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə Fondun əməkdaşları tərəfindən ödənişlər təqdim edilib. Rayon üzrə pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib.

Qeyd edək ki, indiyədək Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında  pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.

Ümumilikdə ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulur. 
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib

Xəbər lenti