28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib
27 May 2020, 20:28
27 May
2020
20:28
2044
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın, diaspor fəallarının iştirakı ilə 28 May – Respublika Günü münasibətilə virtual bayram tədbiri keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may - Respublika Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın moderatorluğu ilə davam edən tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, Azərbaycanın Dövlət Himninin müəllifi, şair Əhməd Cavadın nəticəsi Cavad Axundzadə, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının 5-ci dairəsindən ABŞ-ın Nümayəndələr Palatasına namizəd Ramin Məmmədov, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmiş Əbülfəz Bahaduri 102 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, parlament respublikası kimi türk və islam dünyasına nümunə olmasından, 23 aylıq fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərdən, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixinin bütün dünyada, o cümlədən ABŞ-da geniş şəkildə qeyd olunmasından danışıblar.
Onlayn bayram tədbirində ABŞ-ın 15 müxtəlif ştatından 50-yə yaxın icma nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən diaspor rəhbərləri bir çox ştatlarda 28 May tarixinin artıq Azərbaycanın Milli Günü kimi qeyd edilməsi, soydaşlarımızın təşəbbüsü və fəaliyyəti ilə üçrəngli bayrağımızın inzibati qurumların qarşısında və ya mərkəzi meydanlarda ucaldılma mərasimlərinin keçirilməsi barədə ətraflı məlumat veriblər. S.Abbasova ABŞın bəzi ştatlarında 28 May - Respublika Günü münasibəti ilə dövlət qurumları və rəsmiləri tərəfindən bəyanatlar verildiyini qeyd edib.
"Noviy Rubej” qəzetinin baş redaktoru, şair, yazıçı və rəssam, Nobert Yevdayev yəhudi icması adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində Xalq artisti Azərinin ifasında "Çirpınırdı Qara Dəniz”, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında xalq mahnısı "Qaragilə”, "O səs Türkiyə” musiqi müsabiqəsinin iştirakçısı Leyla Cəlilovanın ifasında "Azərbaycanım" mahnıları səslənib.
Azərbaycan diasporunun fəal və istedadlı üzvü, Avstriyada yaşayan azərbaycanlı bəstəkar, dirijor və pianoçu Abuzər Manafzadə və Karen Onidia Danger-Manafzadə xalq mahnısı "Sarı Gəlin”i ABŞ-da yaşan soydaşlarımıza təqdim ediblər.
"Houston Repertoire Ballet" teatrının musiqiçisi Təranə Teylor Fikrət Əmirovun "1001 Gecə” baletindən bir parçanı, "SM TV-nin rəhbəri Cavad İsmayılbəyli isə neydə "Bayatı Şiraz gəzişməsi"ni ifa ediblər.
"Florida Keys 2019” musiqi müsabiqəsinin laureatı, Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin təmsilçisi Atilla Məmmədov "Vətən” mahnısını, Florida Keys 2018” musiqi müsabiqəsinin laureatı, Karto adına Fransa Musiqi Konservatoriyasının tələbəsi Cavad Yusifzadə pianoda Qara Qarayev Prelüd №2 musiqisini və "Florida Keys 2018” musiqi müsabiqəsinin laureatı Daqlas Dayer skripkada ifa ediblər.
İştirakçılar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 28 may - Respublika Günü münasibətilə təşkil edilən tədbirə görə öz təşəkkürlərini bildiriblər.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib