"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

14 Oktyabr 2024, 10:30
14 Oktyabr
2024
10:30
199
FED-in gələn ay faiz dərəcəsini sabit saxlaya biləcəyi ehtimallarının qiymətlərə təsiri hiss edilsə də, faiz dərəcələrini ilin sonuna qədər keçiriləcək iki iclasın hər birində 25 baza bəndi olmaqla, cəmi 50 baz bəndi azaltacağına dair ehtimallar qalmaqda davam edir.
Qlobal bazarlar keçən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti yumşaltma prosesinin sürətini ləngidə biləcəyi və Yaxın Şərqdə davam edən gərginliyə dair narahatlıqlar səbəbiylə qarışıq bir kurs izləsə də, bütün gözlər Avropa Mərkəzi Bankının bu həftə açıqlanacaq faiz qərarına çevrildi.
Açıqlanan inflyasiya məlumatlarından sonra ABŞ-da inflyasiya təzyiqlərinin bir müddət öz gücünü itirdiyinə dair artan inam, ehtiyatlı mövqe ilə əvəz olundu.
ABŞ-da inflyasiya rəqəmlərinin proqnozların üzərində dərc olunmasından sonra FED-in yumşalma prosesinin tempini aşağı sala biləcəyi ilə bağlı narahatlıqlar fonunda qarışıq tendensiya müşahidə olunur.
Uzun müddət davam edən yüksək faiz dövrünün resessiya ilə nəticələnəcəyinə dair narahatlıqlar da getdikcə güclənir.
Amerikada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) sentyabr ayında aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.4% ilə ehtimal olunandan daha çox yüksəldi. Analitiklər açıqlanan inflyasiya məlumatlarından sonra FED-in faiz endirimi planlarında dəyişikliklər ola biləcəyini, ölkədə açıqlanacaq makroiqtisadi məlumatlardan alınacaq siqnalların əhəmiyyətinin daha da artdığını bildiriblər.
Ölkədə İstehsal Qiymətləri İndeksi (PPİ) sentyabr ayında aylıq əsasda dəyişməyib və gözləntilərin altında olsa da, illik müqayisədə 1.8%-lik nəticə ilə ehtimal olunandan daha çox artıb.
Bundan əlavə, ABŞ-da İlk dəfə İşsizlik Müavinəti üçün Müraciət Edənlərin Sayı 5 oktyabrda bitən həftədə bazar proqnozlarını aşaraq 258 minə yüksəldi. Beləliklə, işsizlik müavinəti üçün müraciətlərin sayı 2023-cü ilin avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.
"Helene" qasırğası və işçi tətillərinin işsizlik müavinəti müraciətlərinin artmasında qismən təsirli ola biləcəyinə diqqət çəkən analitiklər, ABŞ-ın Florida əyalətində təsirli olan "Milton" qasırğasının da önümüzdəki həftələrdə məşğulluq məlumatlarına təsir göstərə biləcəyini bildirib.
Bundan əlavə, FED-in açıqladığı 17-18 sentyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarında bank rəsmilərinin böyük əksəriyyətinin uçot dərəcəsini 50 baza bəndi azaldılmasını dəstəklədiyi bildirilib.
Protokollarda, iclasda bəzi məmurların faiz dərəcəsini 25 baza bəndi azaldılmasının tərəfdarı olduqları ifadə edilərək, inflyasiyanın hələ də bir qədər yüksək olduğu, iqtisadi artımın güclü və işsizliyin aşağı səviyyədə qaldığı qeyd edilib.
FED-in protokollarında, "Demək olar ki, bütün rəsmilər inflyasiya perspektivi üçün yuxarı istiqamətli risklərin azaldığını və məşğulluq üçün aşağı yönlü risklərin artdığını bildiriblər" - ifadəsi işlədilib.
FED rəsmilərinin açıqlamaları təqib olunarkən, Nyu-York FED sədri Con Uilyams inflyasiya təzyiqləri azalmağa davam etdikcə, daha çox faiz endirimlərini gözlədiyini bildirib.
Atlanta FED sədri Rafael Bostiç, bankın iqtisadi görünüşün necə inkişaf edəcəyindən asılı olaraq faiz dərəcələrini 25 baza bəndi azaltmağa və ya gələn ayın iclasında sabit saxlamağa açıq olduğunu bildirdi.
Dallas FED sədri Lori Loqan, bankın keçən ay 50 baza bəndlik faiz endirimini dəstəklədiyini, lakin, inflyasiya üçün hələ də yuxarı risklərin olduğunu və iqtisadi vəziyyətlə bağlı qeyri-müəyyənliklər nəzərə alınmaqla, normal siyasət mövqeyinə daha mərhələli qayıtmağın məqsədəuyğun ola biləcəyini ifadə etdi.
Minneapolis FED sədri Nil Kaşkari də risk balansının yüksək inflyasiyadan artan işsizliyə doğru dəyişdiyini bildirib.
Qlobal bazarlar keçən həftə FED-in monetar siyasətini yumşaltma prosesinin sürətini və Yaxın Şərqdə davam edən gərginliyi ləngidə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən qarışıq bir kurs izlədi.
Bu proseslər fonunda FED-in gələn ay faiz dərəcəsini sabit saxlaya biləcəyi ehtimalları qiymətlərə daxil edilsə də, ilin sonuna qədər keçiriləcək iki toplantının hər birində 25 baza bəndi, cəmi 50 baza bəndi endirim edəcəyi gözləntiləri güclü olaraq qalır.
ABŞ-ın 10 illik istiqraz faizi həftəni 11 bənd artımla 4.08%, Dollar indeksi isə 0.4% artımla 102.9 bənd səviyyəsində tamamladı.
Ötən həftə qızılın bir unsiya üçün qiyməti 0.1% artaraq 2657.30$, "Brent" markalı neftin bir barreli isə 0.9% artaraq 78.6$ olub.
Nyu-York fond bazarı müsbət tendensiya sərgilədi
ABŞ iqtisadiyyatının "yumşaq eniş" edə biləcəyinə dair gözləntilərin artması ilə Nyu-York fond bazarı ötən həftə müsbət tendensiya sərgilədi.
"Alphabet"-in səhmləri ABŞ-ın inhisarçılıqda ittiham etdiyi axtarış sistemi "Google"-lu bəzi tətbiq və xidmətlərini "satmağa məcbur" edəcəyinə dair xəbərlərin yayılmasından sonra 2.40% dəyər itirib.
"Boeing"-in səhmləri də zavod işçilərinin sentyabrın ortalarından bəri tətil etməsi səbəbilə 2.57% ucuzlaşıb.
"JPMorgan Chase" və "Wells Fargo"-nun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə üçüncü rübdə azalıb.
"JPMorgan Chase"-in səhmləri bankın mənfəətinin azalmasına baxmayaraq mənfəət və gəlirinin proqnozların üzərində açıqlanması və illik faiz gəliri proqnozunu artırmasının ardından 5.24% dəyər qazanıb.
"Wells Fargo"-nun səhmləri də 7.08% artıb, çünki qeyd olunan dövrdə qeydə alınan azalmaya baxmayaraq mənfəəti gözləntiləri üstələyib.
"BlackRock"-un səhmləri də idarə olunan aktivlərin ardıcıl üçüncü rüb üçün rekord həddə çatdığını bildirdikdən sonra 4.33% artıb.
"Tesla" çoxdan gözlənilən robotaksi "Cybercab"-ı təqdim etsə də, texniki detallar haqqında məlumatın olmaması səbəbindən təqdimat zəif hesab edildiyi üçün "Tesla"-nın səhmləri 12.91% dəyər itirib.
Nəticədə, "Nasdaq" indeksi 1.12%, "Dow Jones" indeksi 1.21%, "SP 500" indeksi isə 1.11% dəyər qazanıb.
Cari həftə ərzində çərşənbə axşamı günü Nyu York FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, cümə axşamı günü Amerikada Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, həmçinin, ABŞ-da Sənaye İstehsalının Həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, cümə günü Tikintisi yeni Başlayan Mənzillərin Sayı və Tikinti üzrə İcazələrin Sayı kimi xəbərlər investorların diqqət mərkəzində olacaq.
EUR
Avropada bütün gözlər ECB-nin faiz qərarındadır
Avropa fond bazarları keçən həftə Böyük Britaniya istisna olmaqla alış yönümlü bir tendensiya izləsə də, bütün regionda tənəzzül narahatlıqları qalmaqda davam edir.
"ECB"-nin gələn həftə keçirəcəyi iclasında monetar siyasətdə yumşalma prosesini davam etdirəcəyi gözlənilsə də, regiondan inflyasiya və iqtisadi fəaliyyətlə bağlı məlumat axını yaxından izlənilir.
Bankın gələn həftə keçiriləcək iclasında faiz dərəcələrini növbəti dəfə 25 baza bəndi azaltması ehtimal edilir.
Almaniyada hökumət daha əvvəl 0.3% olaraq elan edilən bu il üçün iqtisadi artım proqnozunu 0.2%-lik iqtisadi geriləmə ya.anacağı ehtimalı ilə əvəzləyib.
Bundan əlavə, "ECB"-nin sentyabr ayı monetar siyasət iclasının protokolları göstərdi ki, bankın İdarə Heyətinin üzvləri inflyasiya prosesinin yaxşı getməsindən razı olsalar da, siyasətin daha da yumşaldılması ilə bağlı ehtiyatlı mövqe sərgiləyirlər.
İdarə Heyətinin üzvlərinin qiymətləndirmələrini ehtiva edən protokollar göstərdi ki, onlar AMB-nin qiymət təzyiqlərini nəzərə alaraq siyasətin tədricən yumşaldılmasını müdafiə edirlər. Protokollarda əsas inflyasiyanın və xidmətlər sektorunda inflyasiyanın daha inadkar ola biləcəyinə və gözləntilərə uyğun gəlməyə biləcəyinə və manşet inflyasiyasındakı son enişin çox dəyişkən enerji qiymətlərindəki enişdən böyük ölçüdə təsirləndiyinə diqqət çəkildi.
Digər tərəfdən, "ECB" üzvü Bostyan Vasle verdiyi açıqlamada inflyasiya risklərinin azaldığını ifadə edərək, "ECB bu həftə faizləri azaltmağa qərar versə belə, bu, avtomatik olaraq dekabr ayında daha bir azalma olacağı anlamına gəlmir" - dedi.
Bölgədə açıqlanan məlumatlara görə, Almaniyada sentyabr ayında İstehlak Qiymətləri İndeksi (CPİ) aylıq müqayisədə dəyişməzkən, illik müqayisədə 1.6% artımla proqnozları təsdiqlədi. Avqustda ölkədə xarici ticarət profisiti 22.5 milyard avro ilə gözləntilərin üstündə olub.
Avqust ayında fabrik sifarişləri 5.8% azalıb.
Avrozonada sentyabrda mənfi 15.4 bənd olan Ümumi İnvestor Güvən İndeksi bu ay mənfi 13.8 bənd olub. Alman avtomobil sənayesinin satışları ilin birinci yarısında illik müqayisədə 4.7% azalaraq 269.5 milyard avroya düşüb. Avrozonada pərakəndə satışlar avqustda aylıq 0.2%, illik müqayisədə isə 0.8% artıb.
Nəticədə, İngiltərədə "FTSE100" indeksi 0.33% dəyər itirərkən, Fransada "CAC 40" indeksi 0.48%, İtaliyada "MIB 30" indeksi 2.12%, Almaniyada "DAX 40" indeksi isə 1.32% dəyər qazanıb.
Bu həftə İngiltərədən çərşənbə axşamı günü əmək bazarı hesabatı, Avrozonadan Sənaye İstehsalının Həcmi, Almaniyadan "ZEW" indeksləri, çərşənbə günü İngiltərədən inflyasiya və cümə axşamı günü Avrozonadan istehlak Qiymətləri İndeksi və "ECB"-nin faiz qərarı yaxından təqib ediləcək.
GBP
Keçən həftəyə 1.3115 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.3020 həddini test etdi.
Həftəlik şamını 1.3110 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçün investorlar cari həftə ərzində İngiltərədə çərşənbə axşamı günü dərc olunacaq əmək bazarı hesabatını, çərşənbə günü isə İstehlak Qiymətləri İndeksi göstəricilərini yaxından izləyəcəklər.
OİLUK
Ötən həftəyə 78.20$ səviyyəsində başlayan "Brent" nefti (OİLUK) həftə ərzində 75.70$-a kimi ucuzlaşsa da, Yaxşın Şərqdə hərbi ritorikanın yüksələn xəttlə davam etməsi fonunda 81.70$-a kimi bahalaşdı.
Həftəlik şamını 79.20$-da bağlayan OİLUK-də "buğalar" qiyməti 80$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAUUSD
Keçən həftəyə 2650.20$ həddində start verən qızıl 2604.40$-a kimi ucuzlaşsa da, artan geosiyasi risklər səbəbilə "güvənli liman" missiyasını davam etdirdi. Həftə ərzində 2661.30$-a kimi bahalaşan "sarı metal" həftənlik şamını 2656.30$ səviyyəsində bağladı.
"Buğalar" qiyməti 2650$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....