“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

23 Sentyabr 2024, 11:41
23 Sentyabr
2024
11:41
252
Dolların ucuzlaşması ilə yadda qalan sentyabr ayında ötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin, Avropa, İngiltərə, Yaponiya və Türkiyə Cümhuriyyəti Mərkəzi Banklarının faiz qərarları investorların diqqət mərkəzində yer alan əsas xəbərlər idi.
Ötən həftənin ərşənbə günü Federal Ehtiyyatlar Sistemi uçot dərəcəsini proqnozlaşdırılandan daha çox - 0.50% endirdi ki, bu, 2020-ci ildən bəri reallaşan ilk faiz endirimidir.
Nəticədə, dolların valyuta birjalarında ucuzlaşması daha kəskin xarakter aldı.
Sentyabrın 19-unda baş tutmuş toplantısında İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini növbəti dəfə sabit saxladı. Bu isə, funt-sterlinqin valyuta birjalarındakı qiymətlərinə bir qədər də dəstək oldu. Nəticədə, GBPUSD məzənnəsi 1.33$ həddinə qədər bahalaşdı.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 19 sentyabr tarixli bəyanatına əsasən, tənzimləyici qurum ardıcıl altıncı dəfə uçot faiz dərəcəsini dəyişməyib və onu 50% səviyyəsində saxlayıb.
20 sentyabr tarixində isə Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqladı. BoJ yayımladığı bəyanatda faiz dərəcələrini dəyişməyərək 0.25% səviyyəsində saxladığını qeyd etdi.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, xüsusə də Amerikada ÜDM-in həcmi, "Conference Board” İstehlakçıların İnam İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Şəxsi Xərclər İndeksi kimi inflyasiya rəqəmləri, Avstraliya və İsveçrə Mərkəzi Banklarının faiz qərarları, həmçinin, FED sədri Cerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və ABŞ maliyyə naziri Cennet Yellenin çıxışları investorların diqqət mərkəzində olacaq.
EUR
Cari həftə ərzində Avrozonada və Almaniyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada "İFO” Biznes Mühiti İndeksi, eləcə də "İFO” Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, həmçinin AMB sədri K.Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1080 səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.1180 həddini test etdi və həftəlik şamını 1.1160 həddində bağladı.
"Buğalar” qiyməti 1.12$ həddinin üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Ötən həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində artım tendensiyanın sürətlənməsinə təsir etdi.
Ötən həftəyə 1.3120 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3340 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.3320 səviyyəsində tamamladı.
OİLUK
Ötən həftəyə 72.20$ səviyyəsində başlayan "Brent” nefti (OİLUK) həftə ərzində artım tendensiyasını davam etdirdi və 75.40$ həddini test etdi və həftəni 75.00$-da başa vurdu.
OİLUK-də "buğalar” qiyməti 75$-ın üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
XAUUSD
ABŞ-ın faiz dərəcələrini kəskin azaltması fonunda dollar üzərində təzyiqlər daha da artdı. Nəticədə, ABŞ dolları ilə mənfi korellasiyaya malik olan qızıl tarixi maksimumlarını növbəti dəfə yenilədi.
Ötən həftəyə 2580$ həddində start verən qızıl ay ərzində FED-in faiz endirimi fonunda 3 gün artdıcıl öz rekordlarını yenilədi. Ən son 2625.80$ həddini test etdikdən sonra 3 dollar geriləyən "sarı metal” həftəlik şamını 2622$ həddində tamamladı. "Buğalar” qiyməti 2600$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
21 İyun 2025
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
GÜNDƏM
7NEWS.az saytının 10 yaşı tamam oldu
-
AZƏRBAYCAN, GÜNDƏM
100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
GÜNDƏM
Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
GÜNDƏM
Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
GÜNDƏM
Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ