“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Mərkəzi Bank sədrlərinin çıxışları, FOMC-un protokolları və İngiltərədəinflyasiya göstəriciləriÖtən həftə Amerikada proqnozlaşdırıldığı kimi zəifləyən inflyasiya rəqəmləri fonundadollar major valyutalar qarşısında dəyər itirdi. Həftəyə 105.28 bənd səviyyəsindəbaşlayan Dollar indeksi (DXY) həftəlik şamını 104.50 bənd səviyyəsində tamamladı.Cari həftə ərzində isə Avropa, İngiltərə, Yeni Zellandiya, İsveçrə mərkəzi banksədrlərinin, Amerika maliyyə nazirini Cenet Yellenin çıxışları, Avropa MərkəziBankının iclası və Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin(FOMC) son toplantısının dərc olunacaq protokolları birjalara yön verəcək. Həmçinin,Böyük Britaniyada, eləcə də, Kanadada İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehlakQiymətləri İndeksi (CPİ) göstəriciləri açıqlanacaq.Sədrlərinin çıxışlarıİnvestorlar bu həftə çərşənbə axşamı günü ABŞ maliyyə naziri Cennet Yellenin,İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çərşənbə axşamı vəçərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın, cümə axşamıgünü Yeni Zellandiya Mərkəzi Bankının (RBNZ) sədri Adriyan Orrun və nahayətcümə günü İsveçrə Mərkəzi Bankının (SNB) sədri Tomas Cordanın çıxışlarındaqiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamətaxtaracaqlar.Ötən həftə Amerikada inflyasiyanın zəifləməsi FED-in nəhayət senyabr ayında ilkfaiz endirimini reallaşdırıcağına dair ehtimalları 75%-ə qədər artırdıqdan sonra, buhəftə analoji addımların digər mərkəzi banklar tərəfindən nə vaxt atılacağına dairveriləcək mesajlar birjalarda tendensiyaların gedişində həlledici rol oynaya bilər.Cari həftə ərzində Amerikada dərc olunacaq mənzil bazarında satışların həcmi,İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Sənaye Sektorunda Biznes Aktivliyiİndeksi (Səmaye PMİ) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (Xidmət PMİ)kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazariştirakçıları həmçinin çərşənbə günü FOMC-un son toplantısının dərc olunacaqprotokollarında Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.EURÖtən həftə "Big Figure” yaratması ilə yadda qalan EURUSD məzənnəsi həftəlikşamını 1.0867 səviyyəsində tamamladı.
 

Xəbər lenti