“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
21 Avqust 2023, 15:38
21 Avqust
2023
15:38
222
"Jackson Hole” Simpoziumu fonunda dünya birjaları.
"InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə İngiltərədə, eləcə də Avrozonada açıqlanan inflyasiya və ÜDM göstəriciləri, həmçinin FED-in son toplantısının dərc olunan protokolları fonunda dollar major valyutalar və qızıl qarşısında kəskin bahalaşdı.
Bu həftə isə bütün diqqətlər "Jackson Hole” Simpoziumuna yönələcək. Həmçinin Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də investorlar tətərəfindən yaxından izləniləcək.
İnvestorlar iqtisadi mənzərə və faiz dərəcələrinin gələcək tendensiyasına aydınlıq gətirmək üçün FED sədri Jerom Pavelin "Jackson Hole” Simpoziumundakı çıxışına köklənəcəklər.
Pavelin cümə gününə nəzərdə tutulmuş çıxışı mərkəzi bankın keçən həftə açıqladığı iyul iclas protokollarını izləyəcək. Protokollar göstərdi ki, əksər FED rəsmiləri inflyasiya üçün yuxarı risklərdən narahat olmağa davam edir və bu, faiz artımlarının davam edəcəyini stisna etmir.
İnvestorlar FED sədrinin inflyasiyanın azaldılması üçün sərt monetar siyasətin davam etdirilməsinə ehtiyac olacağına inanıb-inanmadığına və ya faiz dərəcələrini sabit saxlamaq üçün kifayət qədər irəliləyişin olub-olmadığına diqqət yetirəcəklər. Bazar izləyiciləri həmçinin Fed-in 2024-cü ildə faiz endirimi ehtimallarına dair hər hansı ipucu axtaracaqlar.
Analitiklər FED-in sentyabr iclasında faiz dərəcələrini indiki səviyyədə saxlayacağını 89% çoxluqla ehtimal edirlər.
İnvestorlar həmçinin yeni və ikinci əl ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Miçiqan ştatından) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaqdır.
Ötən həftəni 103.50 bənd səviyyəsində başa vuran DXY-da "Buğalar” qiyməti həmin səviyyənin üzərində saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.0880 həddlərində tamamlayan EURUSD məzənnəsində "ayılar” qiymətləri 1.09$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Almaniyada açıqlanacaq ÜDM-in həcminə dair rəqəmlər, Avrozonada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın "Jackson Hole” Simpoziumundakı çıxışı avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
Çərşənbə günü Avrozona və Böyük Britaniya PMI məlumatları açıqlanacaq. Bu, Avropa (ECB) və İngiltər (BoE) Mərkəzi Banklarının sentyabr ayında faiz dərəcələrini yenidən artırıb-artırmayacağına dair bir çox suallara aydınlıq gətirə bilər.
Qeyd edək ki, Avrozona və Böyük Britaniya PMI məlumatları xidmətlər sektorunda durğunluq və istehsal fəaliyyətinin daralması səbəbindən son aylarda azalır.
ECB prezidenti Kristin Laqard cümə günü "Jackson Hole” Simpoziumunda danışacaq və investorlar çıxışda mərkəzi bankın sentyabr ayında növbəti addımlarına dair ipucu axtaracaqlar.
Xatırladaq ki, iyul toplantısında Laqard, ECB-nin gələcək faiz dərəcəsi qərarlarında "açıq fikirli" olacaqlarını söyləmiş və əlavə etmişdi ki, "məlumatlardan asılı olacaqları bir mərhələyə keçiblər".
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2740 hədlərində başa vuran GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
Cari ticarət həftəsi ərzində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı, Almaniyada "İfo” Biznes Mühiti İndeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)