Evdə qal və muzeylərə səyahət et

Evdə qal və muzeylərə səyahət et

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları "Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

"Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır. 

Layihə çərçivəsində növbəti virtual səyahət Azərbaycan Milli Xalça Muzeyi haqqında videotəqdimatla davam edir.

Yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. 

Azərbaycan Milli Xalça Muzeyinə növbəti virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/578250456125023/   

https://www.facebook.com/152393992097582/posts/518195915517386/?sfnsn=mod=nvh=e

https://www.youtube.com/watch?v=VWFoZaYUhtUfeature=emb_title


Xəbər lenti