“Siyasi partiyalar haqqında” yeni qanun...
28 İyul 2022, 11:16
28 İyul
2022
11:16
617
Partiya sədrləri yeni qanundan nələr gözləyirlər?
Prosesdə bütün partiyalar iştirak edə bilər
Nardar BAYRAMLI
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, parlamentin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur.
Bəs yeni qanun hazırlanması hansı zərurətdən yarandı? Siyasi partiyalar həmin qanundan nə kimi yeniliklər gözləyirlər? Mövzu ilə bağlı parlamentdə təmsil olunan bəzi partiyaların rəhbərləri ilə əlaqə saxladıq. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu deyən F.Ağamalının fikrincə, hazırda qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradır. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir.
"Doğrudur, indiyə qədər mövcud qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər kifayət deyil. Biz Milli Məclisdə dəfələrlə təkliflərlə çıxış etmişik, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkmişik. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdi”,-deyən AVP sədri ümidvar olduğunu bildirib ki, parlament rəhbərliyi həmin müraciətə müsbət yanaşmaqla lazımi addımlar atacaq və artıq prosesə başlanıb. Onun fikrincə, həm Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyalar, həm media, həm də cəmiyyətimizin istənilən maraqlı kəsimi yeni qanunla bağlı keçirilən ictimai müzakirələrdə fəal iştirak edəcəklər. "İnanıram ki, aktiv müzakirələr nəticəsində yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunvericilik yaradılacaq və siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılacaq”,-deyə F.Ağamalı vurğulayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da 1992-ci ildə qəbul olunmuş qanunun köhnəldiyini hesab edir. "Artıq zaman xeyli dəyişib, qanunda köhnəlmiş məqamlar çoxdur. Ona görə də, yeniliklərə, dəyişikliklərə ehtiyac var”,-deyən S.Rüstəmxanlının sözlərinə görə, siyasi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. İndiki reallıqlar müəyyən qədər fərqlidir, eləcə də, partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınmalıdır. VHP sədri deyib ki, yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmaldıır: "Bütövlükdə, qanun köklü şəkildə yenilənməlidir. Ona görə də biz müraciətə qoşulmuşuq, bu sahədə yeni qanunun qəbul edilməsini dəstəkləyirik”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə siyasi partiyaların parlament müstəvisində aktiv fəaliyyət göstərdiyini bildirib. Onun fikrincə, bu fəallığın daha da artırılması üçün yeni qanunvericiliyə ehtiyac var: "Zaman yeni qanun üzərində işləməyi zəruri edir. Söhbət müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun hazırlanmasından gedir. Ümid edirəm ki, aktiv müzakirələr, səmərəli iş nəticəsində buna nail olunacaq”.
30 il əvvəl qəbul olunmuş "Siyasi partiyalar haqqında” qanuna xeyli əlavə və dəyişikliklər edildiyini deyən Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə hesab edir ki, köhnəlmiş və müasir dövrlə ayaqlaşmayan qanuna düzəlişlər edilməməli, qanun yenidən hazırlanmalı idi. Onun sözlərinə görə, parlament rəhbərliyi müraciətə müsbət yanaşıb və yeni sənəd hazırlanacaq. BQP sədrinin fikrincə, siyasi partiyaların fəaliyyəti ilə bağlı daha çox dəqiqləşdirmələrə ehtiyac var: "Burada siyasi partiyaların maliyyə məsələsi, onun idarə olunması, partiyaların parlament müstəvisində fəaliyyəti və s. məsələlər haqqında müddəalar əksini tapmalıdır. Yəni sənəd yeni yanaşmalar əsasında hazırlanmalıdır. Bu qanunda həmin məsələlər əksini tapacaq. Biz də yeni qanunun hazırlanmasını istəyərkən partiyaların fəaliyyətini məhdudlaşdırmaq yox, daha da genişləndirmək məqsədilə müraciət etmişik”. F.Mustafa ümid edir ki, yeni sənədin hazırlanması ilə bağlı keçirilən müzakirələrdə bütün siyasi partiyaların iştirakı təmin olunacaq və sanballı bir qanunun hazırlanması reallaşacaq.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə qeyd edib ki, siyasi partiyalar haqda yeni qanunun hazırlanması bütünlükdə siyasi sistem üçün olduqca ciddi əhəmiyyət kəsb edir. Çünki təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var. "Əslində, məlum mövzu ilə bağlı müzakirələr daha öncədən də başlamışdı, bu barədə öz fikirlərimizi bildirmişdik. İndi isə siyasi partiyalar artıq prosesi rəsmi müraciət səviyyəsinə qədər çatdırdı və həmin müraciətə Milli Məclisin sədri səviyyəsində müsbət reaksiya bildirildi. Üstəlik, xüsusi olaraq qeyd etmək istəyirəm ki, məsələnin aktiv formada gündəmə gəlməsi və yeni qanunun hazırlanması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların hamısı yekdil təşəbbüslə çıxış edib”, -deyən E.Musayevin fikrincə, bu faktın özü ümumi rəyin və arzunun mövcudluğundan xəbər verir.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri siyasi partiyaların verəcəyi təklifləri dəyərləndirmək olacaq: "Rəhbərlik etdiyim partiyanın da təklifləri var və tezliklə həmin təklifləri bölüşəcəyik. Ümid edirəm ki, yeni qanun layihəsi bütün tələblərə cavab verəcək və öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev də deyib ki, mövcud qanun günümüzün tələblərinə cavab vermir və onun yenilənməsinə ehtiyac yaranıb. Buna görə də, həm parlamentdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyalar yeni qanunun hazırlanıb qəbul edilməsini dəstəkləyir. Bu səbəbdən də, parlamentdə təmsil olunan siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edib. Onun fikrincə, yeni sənəd parlamentdə hazırlansa da, bu prosesdə bütün partiyalar iştirak edə bilər.
MCP sədri hesab edir ki, yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verəcək bir sənəd olacaq: "Bu prosesdə siyasi partiyaların təklif və tövsiyələri nəzərə alınacaq. Hesab edirəm ki, hər bir partiya bu prosesdən razı qalacaq. Ola bilsin ki, bəzi narazılar da olsun. Çünki siyasi partiyalar böyük könüllü birlikdir və onun daxilində fikir müxtəlifliyi var. Düşünürəm ki, siyasi partiyaların gücü olmalıdır, seçkilərdə iştirak etməlidir və şəffaf maliyyələşməni sübut etməlidir. Mən təklif edirəm yeni qanunda yazılsın ki, siyasi partiya iki dəfə ardıcıl olaraq seçkilərdə iştirak etməsə, onun ləğvi gündəmə gəlsin. Eyni zamanda, maliyyələşmə məsələsi də dəqiq olmalıdır. Məsələn, partiyaların iştirak etdiyi seçkilərdə qazandığı səs faizinə görə maliyyələşməsi tətbiq oluna bilər. Eyni zamanda, qanunda parlamentdə təmsil olunan və olunmayan partiyaların maliyyələşməsi də əksini tapa bilər və s. Yəni bütün bunlar təkliflərdir və geniş müzakirələrdən sonra lazımi qərar veriləcək. Hər halda, proses yeni başlayıb və ümid edirəm ki, maraqlı qanun layihəsini ərsəyə gətirəcəyik”.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir