KONFUTS ATASINA QARŞI…
02 Avqust 2022, 13:40
02 Avqust
2022
13:40
692
İnsanlar məni başa düşməyəndə məyus olmuram, mən insanları başa düşməyəndə məyus oluram! (Konfutsi)
Bu günlərdə çinlilər və Konfutsi haqqında bir yazı oxudum. İronik tərzdə də olsa, Konfutsi və Konfutsiçiliyin mahiyyəti dürüst göstərilirdi. Lakin Konfutsi ilə bağlı əsl ironiyanın nədən ibarət olduğunu bilməyimiz heç də pis olmazdı.
Deməli, Konfutsi və yaxud, Kun-tszı (hərfən: Kun müəllim) eramızdan əvvəl 551-ci ildə dünyaya gəlib. Onu Çin tərəflərdə «ləyaqətli həyatın normativ proqramı»nı insanlığa bəxş etmiş adam adlandırırlar. İnsafən, Konfutsi bu yöndə az iş də görməyib. Məsələn, Avropa mədəni ənənəsindəki əxlaq və ədəbin qızıl qaydasını – özünə rəva bilmədiyini başqasına da rəva görmə – məhz Konfutsi formalaşdırıb. Bu prinsip bütün müqəddəs kitablarda öz layiqli yerini tutub.
Çin xalqının mənəvi atası sayılan Konfutsinin təlimi «Mülahizələr və söhbətlər» adlı kiçik bir kitabçada toplanıb. Onun bütün təlimi ritualın etikası kimi də qəbul olunur. «İnsansevərlik – hər zaman ritualın tələblərinə uyğun hərəkət etməkdir» - Konfutsi belə deyir. Onun çağdaş nöqteyi-nəzərdən son dərəcə ziddiyyətli müddəaları atalar və oğullar məsələsində birmənalı olaraq ataların tərəfini tutur. O deyirdi ki, insanlardakı dəyişiklik həvəsi və şövqü əcdad kultuna xələl gətirməməlidir. Konfutsi ritualının normalarına görə, atanın evdə qoyduğu qayda-qanunu uşaqlar onun ölümündən yalnız üç il keçəndən sonra dəyişdirə bilərdilər. O belə hesab edirdi ki, insan daim ideal keçmişin səviyyəsinə yüksəlmək istiqamətində mənəvi, əxlaqi səylər göstərməlidir: «İnsanpərvərliyin əsasını ata-anaya ehtiram, böyük qardaşlara hörmət təşkil edir». Ata övlad üçün son əxlaqi və mənəvi instansiyadır.
Konfutsinin təliminə uyğun olaraq: «Hökmdar -hökmdar, əyan- əyan, ata-ata, oğul da - oğul olmalıdır», yəni hər kəs öz yerini bilməli, cızığından çıxmamalı, mərifətli-qanacaqlı adam olmalıdır. Sözü uzatmamaq üçün bir şeyi də qeyd edim ki, Konfutsi müəllimin sözlərinə görə insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların «yaxşı kişi» olmamaq şansı çox isə yüksəkdir.
İndi gəlin görək Konfutsi ilə bağlı ironiya nədədir?
Konfutsinin atası Şulyan Xe şöhrətli bir savaşçı imiş, hamı ona hörmət edir, yolunu gözləyirmiş. Ancaq o dövrlər (əslində bütün Şərq) çin cəmiyyətindəki təsəvvürlərə görə Şulyan az qala bədbəxt adam sayılırmış, belə ki, onun çoxsaylı övladlarının hamısı qız uşağı imiş. Doqquzuncu qızdan sonra Şulyan artıq hər şeyə tüpürüb, öz kənizinə evlənir. Onun kənizdən bir oğlu olur, lakin bədbəxtçilikdən bu uşaq çox xəstə və şikəst doğulur. 66 yaşlı döyüşçü yenidən evlənmək qərarına gəlir və bu dəfə 20 yaşlı bir qıza evlənir. Deyə bilərsiniz, nolsun? O olsun ki, həmin dövrun qayda-qanunlarına və mütləq mənada gözlənilməli olan rituallara görə Şulyanın öz kənizinə evlənməsi, sonra onu boşayıb cavan bir qız alması (bu nikah ikiqat barbarlıq sayılırdı, çünki əvvəla, ər-arvadın yaş fərqi 10 ili keçməməli idi, ikincisi isə, 64 yaşdan sonra evlənmək böyük ədəbsizlik hesab olunurdu) . Beləcə, Konfutsi bütün həyatını qoyduğu ritual normaların böyük pozuntusu nəticəsində bu dünyaya gəlmiş olur.
Yəni əgər dədəsi Konfutsinin sözüylə oturub-durmuş olsaydı, o zaman dünyada konfutsi adında adam olmayacaqdı. Bu taleyin ironiyası deyilsə, nədir?
Bəlkə, doğrudan da, qaydalar onları pozmaq üçün qoyulur…
Və yaxud, Konfutsi bu dünyaya gəlməsindən çox peşimanmış, odur ki, gələcəkdə belə halların baş verməməsi üçün belə bir təlim fikirləşib, ərsəyə gətirib.
Etimad BAŞKEÇİD
Yazıçı, tərcüməçi
7NEWS.az
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Heyran Mustafa-Zadənin Praqada fərdi sərgisi keçirilib - FOTOLAR
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Çingiz Abdullayevdən qurultaya 203 min manat xərclənməsinə münasibət: "Bu sözü soruşmağa utanmırsınız?"
-
MƏDƏNİYYƏT, GÜNDƏM
KONFUTS ATASINA QARŞI…
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib
-
MƏDƏNİYYƏT, GÜNDƏM
İnsandan vəfa ummaq əbləhlikdir... - Etimad Başkeçid YAZIR
-
MƏDƏNİYYƏT, GÜNDƏM
Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub