Azərbaycan MN: "Ermənistan tərəfinin Azərbaycan Ordusunun guya atəşkəsi pozması barədə yaydığı məlumat yalandır"

Azərbaycan MN:

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Lobbi.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb.


Xəbər lenti