Zaur Mirzəzadə ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət ünvanlanacaq

Zaur Mirzəzadə ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət ünvanlanacaq
Tanınmış jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqzibolunmaz sübutlarla təqsirsiz olduğu aşkarlanaraq BƏRAƏT hökmü verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sifarişlə, təhrifolunmuş sübutlarla, heç bir hüquqi əsası olmayan faktla onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir. Cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmamasına görə Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət ünvanlanacaq.

Bu haqda hazırda həbsdə olan jurnalist Zaur Mirzəzadənin səhifəsini idarə edən admin heyəti məlumat yayıb.

Açıqlama daha sonra qeyd edilir:

"Millət vəkilləri, elm və ictimayət nümayəndələrinin adından ünvanlanacaq müraciətdə tanınmış jurnalist Zaur Mirzə-zadənin kasasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsi və ədalət tərəzisinin nizamının tənzimlənməsi üçün müraciətə öz imzası ilə qatılmaq istəyənlərə çağırış edirik.

Korrupsiya xəstəliyindən sağalmayanları ifşa edərək əsl təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verək.
Artıq imza aksiyasına 70 nəfərə yaxın (millət vəkilləri, ictimaiyyət və elm adamları, jurnalistlər) qoşulub. Siz də ədalətsizliyə səssiz qalmayıb, ədalətin bərpa olunmasını istəyirsinizsə imza aksiyasına qoşulun”.

Xəbər lenti