Yerevanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb

Yerevanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb

Bu gün Yerevanda davam edən etiraz aksiyaları zamanı Ermənistan polisi 277 nəfəri saxlayıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə "RİA Novosti”yə Ermənistan polisinin rəsmi nümayəndəsi Edqar Canoyan məlumat verib.

"Hal-hazırda polis şöbələrinə 277 nümayişçi gətirilib", - deyə o bildirib.

Bundan əvvəl etiraz aksiyaları zamanı 232 nümayişçinin saxlanıldığı bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

"UniMall.az - Alış-verişi yenidən sev!"

Xəbər lenti