YAP Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib

YAP Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqdan əvvəl ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm  rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürürlu dövrlərindən birini yaşayır.

Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Bəxtiyar Nəbiyev Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib.

YAP Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatının sədri Sarvan Cəfərov ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib, təşkilatın partiyanın bütün işlərində aktiv iştirak etdiyini vurğulayıb.

Daha sonra hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib. Yığıncaqda YAP Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədr postuna kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Sarvan Cəfərov ərazi ilk partiya təşkilatının sədri, nazirliyin Aparat rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev isə onun müavini seçilib.

İclasın sonunda YAP sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Xəbər lenti