Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat

Bu sözləri 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Deputat İlham Məmmədov bildirib: "XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı.
Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.”
Cavid Məhərrəmov
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.1

Xəbər lenti
-
15:47“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:49Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:11Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:24Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:35Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:26Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:17Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
-
13:34MEDİA fərdi jurnalist müsabiqəsi elan edib
-
14:02Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
11:51Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
11:25Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir
-
10:12Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
-
18:02MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
-
14:49“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA
-
13:09DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
11:40Qətər dövləti erməni “qatarında”
-
10:01Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
-
00:57Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
-
22:25Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH
-
19:52MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
GÜNDƏM
“QHT ziyarətləri” layihəsi davam edir.
-
SİYASƏT, GÜNDƏM
“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
GÜNDƏM
Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
GÜNDƏM
Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
GÜNDƏM
Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
GÜNDƏM
Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
GÜNDƏM
DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
GÜNDƏM
Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var