Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR

Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, layihənin təşəbbüskarı  Milli Məclisin deputatı Ramil Həsən, həmkarı Suraxanı rayonundan Milli Məclisin deputatı Etibar Əliyev və layihəyə hər zaman dəstək verən  TÜİB Başkanı Hüseyin Büyükfırat Suraxanı rayonunda Şəhid ailələrini ziyarət çərçivəsində ilk olaraq rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizovla bir araya gəlmiş, layihənin məqsədi, məramı barədə fikir mübadiləsi aparılmışdır. Qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə "TƏK MİLLƏT, TƏK ÜRƏK" Humanitar Platformasının On doqquzuncu  yardım aksiyası olaraq Bakı şəhər Suraxanı rayonunu əhatə edən  Şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Suraxanı rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizova, Milli Məclisin deputatı Etibar Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.
 

Xəbər lenti