Şuranın dəstəyilə “Açıq hökumət” təşəbbüslərinin təşviqi üçün onlayn-TV yaradılacaq

Şuranın dəstəyilə “Açıq hökumət” təşəbbüslərinin təşviqi üçün onlayn-TV yaradılacaq
Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanda vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və geniş maarifçilik, təşviqat işinin aparılması tövsiyəsinə uyğun olaraq "Açıq Hökümət” TV onlayn-televiziyası fəaliyyətə başlayacaq.
 
"Açıq hökumət” TV Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytı, YouTube video-hostinq, Facebook sosial şəbəkəsi üzərindən yayımlanacaq.
 
"Açıq Hökumət” TV onlayn-televiziyası Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilən "Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində yaradılacaq.(palitranews)
 
Layihə çərçivəsində Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytında "Açıq Hökumət” TV üçün ayrıca veb səhifə yaradılacaq. Onlayn-TV "Açıq hökumət” islahatları, təşəbbüsləri barədə cəmiyyətin, vətəndaşların məlumatlandırılmasına, müvafiq dövlət qurumlarına, сəmiyyətə, beynəlxalq təşkilatlara vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərinin mövqeyinin çatdırılması, təkliflərin ictimailəşdirilməsinə, "Açıq hökumət” islahatlarının geniş tətbiqi üçün vəkillik kampaniyasının aparılmasına, "Açıq hökumət” islahatları ilə bağlı dövlət orqanları ilə bütün maraqlı tərəflərin (vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, beynəlxalq təşkilatların) kommunikasiyanın yaxşılaşdırılmasına xidmət edəcək.
 
 
LOBBİ.Az

Xəbər lenti