Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi "Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsi çərçivəsində Nərimanov rayonundakı 178 saylı tam orta məktəbdə 22.05.2019-cu ildə dəyirmi masa keçirilib. Öncə 178 saylı məktəbin direktoru Laləndər Hasilova çıxış edərəkDiaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

http://diaspornews.az/wp-content/uploads/2019/05/1111s-300x169.jpg 300w" sizes="(max-width: 396px) 100vw, 396px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />

Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir.

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti” mövzusunda keçirilən tədbirdə Fuad Hüseynzadə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.

http://diaspornews.az/wp-content/uploads/2019/05/D22-300x203.jpg 300w, http://diaspornews.az/wp-content/uploads/2019/05/D22-110x75.jpg 110w" sizes="(max-width: 402px) 100vw, 402px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />

"QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov  öz fikirlərini məktəblilərlə bölüşüb. O, keçirdikləri tədbirlər haqda danışaraq bildirib ki, Yunanıstanda Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığı qədər məlumatlar verir.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə  heyətinin üzvü, "Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin eksperti Nigar Abdullayeva deyib ki, vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. "Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır”, deyə o əlavə edib.

Tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü Siyavuş Əmirli çıxış edərək xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqda ətraflı məlumat veriblər. Sonda məktəblilərin sualları cavablandırılıb.

Xəbər lenti