Şura QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üzrə müsabiqə elan edib

Şura QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üzrə müsabiqə elan edib
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu il iyunun 2-də elan etdiyi 7 qrant müsabiqələri ümumilikdə 21 mövzunu əhatə edir.  Bu müsabiqənin mövzularından biri də "QHT fəaliyyətinin təkmilləşdirilməsi və maliyyə mənbələrinin şaxələndirilməsi sahəsində xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin öyrənilməsinə dair təşəbbüslər” adlanır.

Bu barədə "Report”a Şuranın İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bildirib.

E.Behbud qeyd edib ki, bu mövzu çərçivəsində qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək və Azərbaycan QHT-lərinin xarici mənbələrdən qrant almaq imkanı araşdırılacaq.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində QHT-lərdən 2-22 iyun 2020-ci il tarixlərində layihə sənədləri qəbul edilir. Bir layihə üçün maksimum məbləğ 15 min manatdır.

7News.Az 

Xəbər lenti