Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
28 Fevral 2021, 11:26
28 Fevral
2021
11:26
2637
Vətən üçün özünü qurban etmək, onun yolunda qəhrəmanlıq göstərmək, döyüşmək, düşmənə qarşı mücadilə aparmaq hünər, mərdlik işi olmaqla yanaşı, həm də doğma yurda, Vətənə sevgi hisslərini özündə cəm edən böyük ürək tələb edir. Qanı, canı bahasına tarix yazan ər qeyrətli, hünərli igidlərimiz Vətən sevgisini içində daşıdığı o böyük ürəkləri ilə Qarabağımızı xilas etdilər. Biz o oğullarımızın qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində haqq savaşını zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan ərənlərimiz qanları ilə tarix yazaraq öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar.
Belə qəhrəman, qorxmaz, vətənpərvər oğullarımızdan biri də şəhid Fərhadov Cəlaləddin Elxan oğludur.
Cəlaləddinin ailə üzvləri şəhidimizin döyüş yolu ilə bağlı "Yeni Gündəm”-ə danışıblar.
Əslən Ağdaş rayonundan olan şəhidimiz Şuşanın alınmasından 2 saat sonra şəhid olub.
Cəlaləddin Fərhadov 01.05.2001 tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib.16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb. 05.07.2019 tarixində hərbi xidmətə yollandı və Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəldi.
Şəhidimizin bacısı Arzu xanımla olan söhbətimizdə : " Cəlaləddin mənə həm qardaş, həm də ata olub. Baxmayaraq ki, məndən 3 yaş balaca idi. Biz bacımla tələbə idik və atamız rəhmətə getdikdən sonra anamla qardaşım işləyib bizi oxdurdular. Aramızda ən savadlı o idi, amma həm bir az dəcəlliyinə, həm də evin məhsuliyyətinə görə oxumadı. Anam deyir ki, "sizi – qızlarımı oxutdum, amma onun üçün heç nə edə bilmədim..”
Çox mehriban, zarafatcıl və kini olmayan biri idi. Bizə güldən ağır söz deməzdi. Lakin bir o, qədərdə qəmli idi. Ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Bəlkə də ona görə tez böyüdü. Yaşından böyük düşünürdü. Bu xasiyyətinə görə böyüklərin hörmətini qazanmışdı. 60-70 yaşında dostları vardı.
Hərbi xidmətdə olanda bizə heç vaxt ön cəbhədə olduğunu deməmişdi. Təkcə dayım və onun oğlu bilirdi. Həmişə danışanda bizi arxayın edirdi. Deyirdi ki, "mən arxadayam, narahat olmayın hər şey yaxşıdı, aç qalmıram. Gələndə sizə çox şey danışacam ! ”
Çox həvəsli idi , qorxusu yox idi , vuruşmaq istəyirdi… Hətta bir dəfə Cəlaləddin bir komandiri yanan tankdan çıxarmışdı.
Şuşada olanda yoldaşları ondan yaşca böyük könüllü əsgərlər idi. Aralarında ən kiçik qardaşım olub.
Sonuncu dəfə bizimlə şəhid olmamışdan 15 gün əvvəl danışmışdı. Dedi : " Yaxşıyam, bizim üçün dua eləyin .”
Yoldaşları bizə deyirdi ki, 4 gün ac qalıb və Şuşanın alınmasından 1 gün öncə axşama mürəbbə saxlayıbmış. Səhərə yaxın yoldaşlarına " bu gün şəhid verəcəyik " deyib .
Və xoşbəxt qələbədən sonra yoldaşları su gətirməyə gedəndə ona səngərdə qalmaları tapşırılıb, lakin o dostlarını tək qoymamaq üçün onların ardınca gedib.. və şəhadətinə su yolunda çatıb..
Onun yoxluğu bizə çox ağırdı. Onunla fəxr edirik !”
Fərhadov Cəlaləddin Elxan oğlu
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra "Vətən uğrunda” "Şuşanın azad olunmasına görə” "Cəbrayılın azad olunmasına görə” medaları ilə təltif edilib./Yenigundem.az
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI