Son sözü Azərbaycan əsgərinin deməsi qaçılmaz zərurətdir – Azay Quliyev
22 Sentyabr 2020, 16:54
22 Sentyabr
2020
16:54
836
Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili
Əvvəlki hərbi və siyasi fiaskolardan dərs çıxarmayan Ermənistan hökuməti vəziyyəti yenidən gərginləşdirmək məqsədilə hərbi resurslarını sərhəd zonasında cəmləşdirməyə başlayıb. Paşinyan hökumətinin PKK terrorçularını, Suriya və Livan ermənilərini işğal olunmuş ərazilərimizə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib. Anlaşılan odur ki, işğalçı ölkə növbəti hərbi təxribata hazırlaşır.
Bütün bunları nəzərə alan Azərbaycan rəsmləri ən yüksək səviyyədə Ermənistanın hərbi təcavüz planları haqqında dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir. Bununla bərabər, işğalçı ölkəyə bütün kanallar vasitəsilə ciddi xəbərdarlıqlar edilir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində, xüsusilə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın işğalçılıq planları ilə bağlı dedikləri beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından çox təsirli oldu: "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.
Fikrimizcə, bu xəbərdarlıqlar bir sıra mühüm cəhətlərə görə vacibdir:
Birinci, düşmən ölkənin hərbi təcavüz planları barədə beynəlxalq ictimaiyyətin dəqiq və hərtərəfli məlumatlandırılması indiki mərhələdə mühüm əhəmiyyət kəsb edir. Yəni təcavüzkar ölkə sonradan həyasızcasına Azərbaycanı nədəsə ittiham edə bilməsin.
İkinci, münaqişənin dinc yolla həllini tələb edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar Ermənistanın açıq şəkildə planlaşdırdığı hərbi cinayətə göz yummasın və onun qarşısının alınması üçün müvafiq addımlar atsın. Hərçənd ki, onlar bunu heç vaxt etməyiblər və indi də edəcəkləri böyük şübhə doğurur.
Üçüncü və ən önəmlisi isə torpaqlarımızın işğaldan azad olunması və təcavüzkarın ram edilməsi üçün başlana biləcək Vətən müharibəsinə görə bizi heç kim qınamasın və tam əksinə, xalqımızın haqq savaşına siyasi, diplomatik dəstək versin. Başqa sözlə, bütün bu xəbərdarlıqlar və açıqlamalar ona xidmət edir ki, Milli Ordumuzun zəfər yürüşü üçün lazım olan diplomatik və informasiya hazırlığı ən yüksək səviyyədə təşkil olunsun.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xəbərdarlığından sonra Ermənistanın Xarici İşlər naziri Mnasakyan təcili bəyanat verərək ölkəsinin danışıqlara hazır olduğunu bildirib. Əlbəttə, bu, bir tərəfdən müharibənin Ermənistan üçün gətirəcəyi dəhşətli fəlakətin mahiyyətinə varmaqdan qaynaqlanırsa, digər tərəfdən erməni riyakarlığının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Onlar növbəti dəfə danışıqları uzatmaqla vaxt qazanmaq və öz təcavüzkar niyyətlərini həyata keçirmək üçün əlavə vasitələr tapmaq istəyirlər.
Ancaq kimin nə deməyindən asılı olmayaraq, Ermənistanın və əlaqədar beynəlxalq təşkilatların günahı üzündən otuz illik münaqişənin sülh yolu ilə həlli elə bir çıxılmaz məcraya yönəldilib ki, son sözü Azərbaycan əsgərinin deməsi qaçılmaz zərurət kimi ortaya çıxıb. Heç şübhəsiz, Azərbaycanın ən müasir texnikaya, yüksək döyüş hazırlığına, ən vacibi isə torpaqları işğalçılardan təmizləmək üçün böyük vətənpərvərlik qayəsinə və döyüş ruhuna malik yenilməz ordusu var. Azərbaycan Ordusu qısa müddətdə düşmənə qarşı zəfər yürüşünü başladıb onu qalibiyyətlə başa vurmağa qadirdir. Ölkəmizdə olan yüksək vətənpərvərlik ruhu, düşmən üzərində qəti qələbənin qazanılması üçün hər bir vətəndaşın silaha sarılmaq, səfərbər olmaq və döyüşmək istəyi işğalçılara yaxşı bəllidir. Əminik ki, o müqəddəs gün, torpaqlarımızı işğaldan azad etmək üçün ehtiyac duyuğumuz o, şanlı Qələbə uzaqda deyil.
"Hər şey qələbə üçün!” şüarı bütün Azərbaycan üçün bu gün heç zaman olmadığı qədər aktual və vacibdir!
Hər bir azərbaycanlı bu gün Ordumuzun yanındadır!
7News.Az
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir