Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
28 Noyabr 2021, 16:51
28 Noyabr
2021
16:51
645
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu bəyanat Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
"Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.
Heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapıb. Bu bəyanatın qəbul edilməsi eyni zamanda digər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Mink qrupunu kənarda qoyur. Onlar artıq formal xarakter daşıyır. Hazırda prosesdə Rusiyanın daha aktiv vasitəçilik missiyası həyata keçirdiyini görürük. Bu məsələdə prinsipal mövqe göstərən Rusiya post-sovet məkanda qaynar münaqişələrdən birinin həllində vasitəçi olmaqla öz beynəlxalq imicini yaxşılaşdırmaq və nufuzu gücləndirmək istəyir”, - deyə deputat bildirib.
O qeyd edib ki, Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu.
"Bu görüş eyni zamanda Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Vladimir Putin İlham Əliyevə hörmət və ehtiramla yanaşırdı. Bu onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı”, - deyə S.Hüseynova vurğulayıb.
Milli Məclisin deputat Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Soçi görüşü Azərbaycan Prezidenti İlham Əliyevin intellektual üstünlüyü ilə keçən növbəti diplomatik uğurumuzdur.
"Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram, eyni zamanda bir çox məsələlərdə, xüsusən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa görə İlham Əliyevə təşəkkür etməsi də onun göstəricisidir ki, Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir”, - deyə deputat bildirib.
Deputat qeyd edib ki, Soçi bəyanatında əks olunan müddəalar da Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, söylədiyi və diqtə etdiyi müddəalardır.
"Üstəlik, Paşinyan da artıq anlayır ki, həmin müddəalarda nəzərdə tutulan aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və Paşinyan həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər.
Bildiyiniz kimi artıq delimitasiya məsələsində İşçi Qrupun yaradılması ilə bağlı razılıq əldə olunub. Bu faktın özü də onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edilir. Zatən Ermənistanın başqa yolu da yoxdur. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq” – deyə deputat bildirib.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH