Səudiyyəlilər Putinin qanını qaraltdı (VİDEO)

Səudiyyəlilər Putinin qanını qaraltdı (VİDEO)
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanında Rusiya himnini pis ifa edən hərbi orkestrin çıxışına təəccübünü gizlətməyib.

LOBBI.Az xəbər verir ki, 12 il sonra Səudiyyəyə gedən V.Putin Kral Salman bin Əbdüləziz tərəfindən qarşılanıb. Qarşılama mərasimində Səudiyyə Ərəbistanının hərbi orkestri Rusiya himnini pis ifa etməsi ilə diqqəti çəkib. V.Putin təəccübünü gizlətməyib. 


Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın 2017-ci ildə Səudiyyə ziyarəti zamanı oxşar hadisə yaşanmış, ABŞ himni orkestr tərəfindən pis ifa edilmişdi. V.Putin isə daha əvvəl Misirə 2015-ci ildə gerçəkləşdirdiyi ziyarətdə Rusiya himninin pis ifası ilə qarşılaşmışdı.


 
LOBBI.Az

Xəbər lenti