"Salam, əziz Şuşam " adlı tədbir keçirilib - FOTOLAR

Sentyabrın 27 - dən başlayan, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali baş komandan İ.Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi.

Hər bir azərbaycanlı üçün əziz Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8 də 28 illik həsrətdən sonra azad edilməsi müharibənin taleyində həlledici rol oynadı.

"İdrak” liseyinin kollektivi də Zəfər gününün ovqatına rəng qatmaq üçün "Salam, əziz Şuşam " adlı ədəbi bədii Kompozisiya hazırlayıb. Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən kompozisiyanın əsas məqsədi " Qarabağ Azərbaycandır " reallığını gənc nəslə təqdim etmək, tanınmağa layiq qəhrəman oğullarımızı daha yaxından tamıtmaqdır. "Salam, əziz Şuşam "kompozisiyasında şəhid Fəxri Qəribzadənin Vətənə əmanət qoyduğu anası Mehparə Qəribova, Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə, "fəxr edirəm ki, bu zəfərdə mənim də payım var " - deyən döyüşən jurnalist, "İki sahil " qəzetinin baş redaktorunun müavini Anar Miriyev çıxış edərək bir daha qeyd elədilər ki, hər kəsin ürəyində bir Vətən nəğməsi var, gec -tez onu oxumalıdır. 25 nəfərdən çox şəhid övladının təhsil aldığı İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışov tədbirə dəvət alan qaziləri, şəhid ailələrini, millət vəkillərini, təhsil işçilərini Zəfər günü münasibəti ilə təbrik etdi. Liseyin bir qrup şagirdinin Vətənə zəfər raportu və məktəblilərdən ibarət xor kollektivinin ifasında səslənən məşhur "Qarabağ " mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 





Xəbər lenti