Ramil Həsən: “Prezidentin açılışda söylədiyi fikirlər fəaliyyətimiz üçün uğurlu yol xəritəsidir”

Ramil Həsən: “Prezidentin açılışda söylədiyi fikirlər fəaliyyətimiz üçün uğurlu yol xəritəsidir”

7NEWS.az xəbər verir ki, modul tipli xəstəxanaların açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ölkəmizdə koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik və digər məsələləri əhatə edən geniş nitq söyləyib.

Nitqə münasibət bildirən millət vəkili Ramil Həsən ölkə başçısının açılışda söylədiyi fikirlərin hər birimiz üçün vacib olduğunu dedi: "Bu gün koronovirusla mübarizədə Cənab Prezident İlham Əliyevin ortaya qoymuş olduğu iradə, qətiyyət xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Prezidentin mövcud durumda həyata keçirdiyi siyasət dövlətimizə minimum itki ilə bəladan yan keçmə imkanı qazandırdı. Bundan başqa ölkə başçısı açılışda, tətbiq edilən qanunlara xalqımızın riayət etməsinin vacib olduğunu demiş, eyni zamanda, bizimçün önəmli olan tapşırıqlar vermişdir. Prezident, həmçinin, elementar gigiyenik qadalarla bağlı əyani nümunələr göstərdi. Xüsusən, qapalı məkanlarda maska, əlcəkdən istifadə və sosial, fiziki məsafənin qorunması hər birimizi üçün önəmlidir, zəruridir. Bundan başqa karantin dönəmində ehtiyac olmadığı təqdirdə küçələrə, parklara çıxaraq sıxlıq yaratmağın təhlükəli olduğunu hər birimiz bilirik. Bu addımlar həm özümüz, həm də ətrafda olan insanlar üçün çox təhlükəlidir. Bilirsiniz ki, ötən həftə sərt karantin rejimi tətbiq olundu. Düzdür, Prezidentin qeyd etdiyi kimi, xalqımızın mütləq əksəriyyəti qaydalara riayət etdi, qanunlara hörmətlə yanaşdılar. Lakin çox az sayda insanlarımız bu prosesdə süni ajiotaj yaratmağa, polisin əmrlərinə tabe olmama cəhdləri etdilər. Hesab edirəm ki, hüququ mühavizə orqanları birbaşa vətəndaşlarımızın hüquqlarını qorumaqla məşğuldurlarMəhz buna görə, ictimai asayişin qorunmasını hər birimiz təmin etməli, polisin və həkimlərin fədakar fəaliyyətini yüksək qiymətləndirməliyik. Düşünürəm ki, biz əksinə, tətbiq olunan qaydalara riayət etməklə hüquq mühavizə orqanlara dəstək olmalı, onların işini yüngülləşdirməliyik. Hər birimiz bu ölkənin vətəndaşlarıyıq, bir birlikdə həm Prezidentin, həmdə 1-ci Vitse-Prezidentin tapşırıq və tövsiyyələrini diqqətdə saxlamalı və beləlikdə, öz dövlətimizi qorumalı, ona sahib çıxmalıyıq”

Xəbər lenti