"Qismən səfərbərliyin həyata keçirilməsi Səfərbərlik Xidmətinin vəzifəsidir"

"Azərbaycanlıların milli birliyi yüksək səviyyədədir".

Bunu ehtiyatda olan zabit, Qarabağ qazisi Məhərrəm İsmayılov deyib. 

O bildirib ki, hazırda xalq və ordu birliyini heç bir dezinformasiya, böhtan xarakterli məlumatlar sarsıda bilməz: 

"Bu gün vətəndaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Onlar veriləcək bütün əmrə hazırdırlar. Bu, xalq-hakimiyyət birliyidir. Belə həmrəyliyin bir nümunəsi də Səfərbərlik Xidmətinə çağırılan gənclərin sevinclə getməsidir. Bir məsələni də qeyd edim ki, hərbi təlimin keçirilməsi üçün Müdafiə Nazirliyi Səfərbərlik Xidmətinə sifariş verir və Səfərbərlik Xidməti də lazımi sayda çağırışçının təşkili işini icra edir".

M.İsmayılov bildirib ki, bütün çağırışçılar əvvəlcə həkim yoxlamasından keçirilirlər və yararlı olub-olmadıqları yerindəcə qiymətləndirilir: 

"Çağırışçının hər hansı bir məhdudiyyəti varsa və hərbi xidmətə yararlı deyilsə, bu, Səfərbərlik Xidmətinin həkim komissiyası tərəfindən yerində təyin edilərək geri qaytarılır. Say və standarta cavab verən çağırışçılarla ordunu təmin etmək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir".

7News.Az

Xəbər lenti