“Qarabağda əvvəlki kimi müharibədir, Ermənistan əhalisi isə ölkəni tərk edir” — Rusiyalı siyasətçi

“Qarabağda əvvəlki kimi müharibədir, Ermənistan əhalisi isə ölkəni tərk edir” — Rusiyalı siyasətçi
Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı səsverməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, erməni nümayəndə heyətinin yarısı Avropa Şurası Parlament Assambleyasına Rusiya nümayəndə heyətinin qayıtmasını dəstəkləməyib. Məlum olduğu kimi, qərarın lehinə müxalifət fraksiyasının millət vəkilləri Edmon Marukyan və Naira Zoqrabyan səs veriblər.
Nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan (eyni zamanda parlamentin xarici əlaqələr komissiyasının sədridir) qərarın əleyhinə səs verdi və sonra bildirdi ki, bu, texniki səhvdir. "Dalma” saytında erməni jurnalist Ayk Xalatyan isə yazır ki, AŞPA-da səsvermə mexanizmi ilə tanış olanlar bilir ki, orada düzgün səs verməmək mümkün deyil. Bundan başqa, hakim partiyanın ikinci deputatı Ovannes İqityan (parlamentin xarici əlaqələr komissiyası sədrinin müavinidir) səsvermədə iştirak etməyib.

AŞPA-da keçirilən səsvermə Ermənistan hakimiyyətinin Rusiyaya münasibətinin real göstəricisidir.

LOBBİ.Az xəbər verir ki, rusiyalı yazıçı, siyasi və ictimai xadim, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov Media.Az portalına müsahibəsində baş verənləri şərh edib.
-Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), nə də Avrasiya İqtisadi Birliyinə üzv deyil. Amma Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanı dəstəklədi. Ermənistan həm KTMT, həm də Avrasiya İqtisadi Birliyinə üzvdür. Amma qaz qiymətinə, silah tədarükünə və digər məsələlərə görə asılı olduğu müttəfiqini yekdilliklə dəstəkləmədi...

-Mənə elə gəlir ki, erməni cəmiyyəti möhkəmləndirilməyib, yalnız qismən idarə olunandır, qismən dövlət başısının aşkar və qeyri-aşkar tapşırıqlarını icra edir. Bu müxtəliflik də ictimai düşüncəsinin tarazlığını pozur. Məhz faciə də bundadır...
-Maraqlıdır ki, Rusiyanı dəstəkləməyənlər Nikol Paşinyan komandasının üzvləridir.
Bu elə məhz ictimai düşüncənin problemidir. Məsələn, Azərbaycanda müxalifət var. Amma Azərbaycan cəmiyyəti tam formalaşıb. Cəmiyyət daxili məsələlərdən, daxili problemlərdən əziyyət çəkmir. Bütün çətinliklərə baxmayaraq, bütün enerjisini inkişafa yönəldir. Bu, səsvermədə də özünü göstərir.
Rusiya ilə münasibət Azərbayan siyasətinin strateji istiqamətidir. Biz elə bilirdik ki, erməni siyasətində də belədir. Çünki Nikol Paşinyan hər dəfə bunun belə olmadığını (söhbət Rusiya ilə ziddiyətlərdən gedəndə) bəyan edir.

Erməni cəmiyyəti parçalanıb, müxtəlif partlayışlar ola bilər. Bundan başqa, bu yaxınlarda orada inqilab, hakimiyyət dəyişikliyi olub. Bu, böyük miqdarda enerji sərfiyyatıdır. Mənə elə gəlir ki, Ermənistan bir çox məsələdə boşalıb. Ermənistan inqilabın nəticələrinə əsasən arzuladıqlarını ala bilmədi. Qarabağda yenə də müharibə davam edir, əhali ölkəni tərk edir.

Ermənistan iki yol ayrıcında qalıb. Birincisi, Rusiya ilə birlikdə olma məcburiyyəti (Ermənistan Rusiyadan həm iqtisadi, həm də geosiyasi cəhətdən asılıdır), ikincisi, erməni diasporunun yaşadığı Qərbə, Amerikaya can atır.

Əgər həqiqəti söyləsək, mənim vətənim SSRİ-nin nə vaxtsa bir hissəsi olan ermənilərə yazığım gəlir. Eyni zamanda ildən ilə daha güclü, eyni zamanda vahid dövlətə çevrilən Azərbaycanın uğurlarına da çox sevinirəm. Azərbaycan nə qədər güclü olsa, Moskva ilə Bakının münasibətləri də o qədər sıx olar. Bir rus patriotu kimi digər dövlətlərlə münasibət quran Azərbaycanın daha da güclənməsində heç bir təhlükə görmürəm.

LOBBİ.Az

Xəbər lenti