Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib
13 May 2022, 19:36
13 May
2022
19:36
439
Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, Prezident İlham Əliyevin çıxışından sitat gətirib: "...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”.
Görüşdə, həmçinin "Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.
Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb.
Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.
Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat