Polkovnik-leytenant: "O zabitlərin üstündəki telefonlara Ermənistandan zənglər gəlir, yaxınları ağlayıb yalvarırdılar”
"O zabitlərin üstündəki telefonlara Ermənistandan zənglər gəlir, yaxınları ağlayıb yalvarırdılar”
O danışır... O, Azərbaycan əsgərinin hökmündən, qüdrətindən, rəşadətindən, əzmindən, düşmənə nifrətindən danışır. Danışdıqca, gözləri parlayır, üz-gözündən sevinc süzülür, qürur, fəxr dolu sözləri coşqu ilə dilə gətirir, hansısa bir döyüşçünü, yaxud hansısa bir detalı yadından çıxarmamaq üçün sanki həyəcan yaşayır. Hiss edirsən ki, o sənin yanında deyil, heç sənin qarşında da oturmayıb. 3 il əvvəl qalib olduğu döyüşdədi, əsgərlərinin arasında, silahdaşlarının yanındadı. Elə bil ermənilərin postu qoyub qaçdığını indi görür. Elə bil əsgərlərimizin erməni üzərinə ölümü vecinə almadan yüyürdüklərini də indi seyr edir. Söhbətinə mane ola bilmirəm...
O danışdıqca mənim də sevindiyimdən ürəyim sinəmə sığmır. Sözünə ara verməsin deyə,”belə məlumatları niyə əhaliyə də açıqlamırsınız” sualımı da vermirəm. Amma etiraf edirəm, onunla söhbət edənə qədər Azərbaycan Ordusunun qüdrətini belə aydın ifadə edən, ortaya qoyan biri ilə qarşılaşmamışdım.
Həmsöhbətim polkovnik-leytenant, Aprel döyüşlərində II qrup əlil olmuş Vüqar Allahverən oğlu Abduləzimovdu. O, 1977-ci il 9 may günü Laçın rayonu Hacılar kəndində dünyaya gəlib. Ailədə beş uşaq olublar. Özlərinə görə, adi, amma firavan həyat yaşayıblar. Hacılar kimi cənnət bir yurdda, təbii gözəlliklərlə seçilən bir obada başqa cür yaşamaq da mümkün deyildi. Bu xoşbəxtlik 1990-ci illərə qədər davam etdi. Azğınlaşmış ermənilərin kəndlərinə tez-tez basqın etməsi, camaatı qorxu altında saxlaması Hacıların igidlərini narahat etsə də, onlar da mübarizələrindən qalmırdılar. Elin kişiləri kəndin keşiyini çəkir, kustar üsulla düzəldilmiş silahlarla camaatı erməni quldurlarından qoruyurdular. Məhz belə hücumların birində qəhrəmanımın atası Allahverən kişi erməni gülləsinə tuş gəldi, şəhid düşdü.
1991-ci ildə Azərbaycan Ordusu yarandı. Ermənistan silahlı qüvvələririnin - erməni-rus hərbi birləşmələrinin cavabını layiqincə verdi. Amma proseslərin gedişi dəyişdi, xəyanət baş verdi. Acı nəticəsi isə Laçının süqutu oldu. O vaxtlar Vüqargilin ailəsi Bakıya pənah gətirdilər.
Vüqar Nərimanov rayonunda fəaliyyət göstərən 9 saylı Laçın köçkün məktəbində təhsilini başa vurdu. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ildə oranı kəşfiyyat ixtisası üzrə bitirdi, leytenant rütbəsi aldı. 2013-15-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirdi və "Kəşfiyyat” ixtisası üzrə magıstr diplomuna layiq görüldü. Dəfələrlə kəşfiyyat-diversiya xarakterli əməliyyatlarda iştirak etdi. Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə polkovnik-leytenant rütbəsinə yüksəldi. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə təyin olundu. Ailəlidir, 3 övladı var.
- Cənab polkovnik-leytenant, Aprel döyüşünün başlama səbəblərini və əhəmiyyətini bir də sizdən eşitmək istərdik...
- 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi tez-tez pozmağa başladılar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar nəticəsində mülki əhali arasında da ölən və yaralananlar oldu, Ordumuz da şəhid verdi. Artıq Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi. Bilirsiniz ki, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Cəbrayılın strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Xüsusən, Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.
LOBBİ.Az
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ