Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək
25 Fevral 2019, 10:28
25 Fevral
2019
10:28
2315
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş seminar Azərbaycanın Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistanın əyalətlərarası koordinasiya üzrə federal naziri, Pakistan Milli Assambleyasının sabiq sədri xanım Fehmida Mirzənin ali qonaq kimi təşrif buyurduğu "Münaqişələr, soyqırımlar, müharibələr – Bir daha olmasın. Etimadla Sülh və Sabitlik” mövzusundakı seminarda Milli Elmlər və Texnologiya Universitetinin rektoru, ehtiyatda olan general-leytenant Navid Zaman, Pakistan XİN-nin nəznində olan İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədri, sabiq səfir Xalid Mahmud, bir sıra ölkələrin səfirləri, yüksək rütbəli diplomatları, media mənsubları, gənclər və universitet tələbələri, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Milli Elmlər və Texnologiya Universitetin rektoru Navid Zaman seminarı giriş sözü ilə açaraq, soyuq müharibənin bitməsi ilə dünyada sülhün bərqərar olacağına dair ümidlərin özünü doğrultmadığını, dünyanın müxtəlif yerlərində cəzasızlıqla müşayiət olunan müharibələrin və soyqırımların baş verdiyini, bunlardan birinin də Ermənistan tərəfindən Xocalıda törədildiyini bildirib. O, dünya ictimaiyyətinin, xüsusilə də region ölkələrinin soyqırım və bənzər cinayətlərə qarşı öz səsini yüksəltməsinin vacibliyini vurğulayıb.
Azərbaycana məxsus Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin önəmli təzahürlərindən birinin ermənilərin Xocalıda törətdiyi soyqırım olduğunu ifadə edən İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Xalid Mahmud BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb etdiyini, lakin Ermənistanın buna məhəl qoymadığını diqqətə çatdırıb. O, beynəlxalq hüququn müəyyən etdiyi tərifə əsasən, heç bir fərqləndirmə aparılmadan Ermənistanın Xocalıda Azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinin soyqırım olduğunu, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında "Böyük Ermənistan” xəyalları ilə ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin şahidi olduğunu qeyd edib. Direktor, həmçinin Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının xarici işlər üzrə komitələrinin Xocalıda Ermənistanın soyqırım törətdiyini tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələr qəbul etdiyini iştirakçıların nəzərinə çatdırıb.
Dağlıq Qarabağ məsələsində Türkiyənin də qardaş ölkə Azərbaycanı tamamilə dəstəklədiyini, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğını sərt şəkildə qınadığını bildirən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın ərazi bötüvlüyünün bərpasını, Xocalıda və dünyanın digər bölgələrində türk və müsəlmanlara qarşı həyata keçirilən cinayətləri edənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etdikərini vurğulayıb. Səfir Türkiyədə də Xocalını anma mərasiməri keçirildiyini, insanların bu hadisələri unutmasının problemləri həll etməyəcəyini, ona görə də xüsusilə ölkələrimizin gənc nəslinin bu məsələlərdə həmrəylik və məsuliyyət nümayiş etdirməli olduğunu ifadə edib.
Tədbirin ali qonağı, Pakistanın əyalətlərarası koordinasiya naziri Fehmida Mirzə Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində hər zaman Azərbaycanı müdafiə etdiyini, Ermənistanı bir dövlət kimi tanımadığını, Ermənistanın Xocalıda törətdiyi soyqırımı qınadığını qeyd edərək, Azərbaycan, Pakistan və Türkiyənin eyni dəyərləri və regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı eyni hədəfləri bölüşdüyünü vurğulayıb. Nazir çıxışını "Hər kəs bir daha əmin olsun ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcəkdir”, - deyə bitirib.
Dağlıq Qarabağ münaqişəsinin və erməni iddialarının mənşəyi barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ermənilərin kütləvi şəkildə qədim Azərbaycan ərazilərinə köçürülməsindən sonra ermənilərin təcavüzkar niyyətlərinin ortaya çıxdığını, Azərbaycanlıların onlara göstərdiyi humanizmin əvəzində ermənilərin şovinizmə yuvarlanaraq Azərbaycan, İran və Türkiyədə türk və müsəlmanlara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini qeyd edib. Özlərinin törətdiyi cinayəti bilən ermənilərin arxivləri açaraq həqiqətləri ortaya çıxarma təklifindən boyun qaçırdığını deyən səfir 1918-ci ildə Bakıda Azərbaycanlılara qarşı soyqırımı reallaşdıran erməni liderlərdən S.Şaumyanın Azərbaycanlıların qırğınının etnik xarakterini etiraf edərək buna haqq qazandırdığını, 1992-ci ilin fevral ayında Xocalı Soyqırımını həyata keçirən, daha sonra Ermənistanın prezidenti olmuş S.Sarkisyanın "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq” - sözləri ilə əsas məqsədlərinin Azərbaycanlı əhalini soyqırıma məruz qoymaq olduğunu ifşa etdiyini diqqətə çatdırıb.
Səfir dünyanın bir sıra dövlətlərinin artıq Xocalı Soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsi tərəfindən Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına, habelə İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupununun fəal üzvü olduğuna görə Pakistan xalqına və dövlərinə minnətdarlığını ifadə edib. Səfir yekunda dünya ictimaiyyətini Ermənistanın təcavüzkarlıq və soyqırım siyasətini qınamağa, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmağa, soyqırım səbəbkarlarının məsuliiyətə cəlb olunmasına və cəzalandırılmasına səyləri artırmağa çağırıb.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən fotostendlər, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar seminarın təşkil olunduğu zalın foyesində sərgilənib. İştirakçılar tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Koordinasiya Şuraları və Azərbaycan evləri də 24 saat işləyəcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Qarabağdakı etirazlar Saakyanı qorxuya saldı, dərhal İrəvanı köməyə çağırdı