NATO Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında öz köməyini göstərməyə hazırdır

NATO Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında öz köməyini göstərməyə hazırdır

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında öz köməyini göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib.

 

Sessiyada M.İbrahimqızı Azərbaycanın uzun illərdir ki, ərazisini zəbt edən işğalçı Ermənistanla mübarizə apardığını diqqətə çatdırıb. Buna cavab olaraq Y.Stoltenberq rəhbərlik etdiyi təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu vurğulayıb: "Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsində öz köməyimizi etməyə hazırıq”.

Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər.

Xəbər lenti