Naqif Həmzəyev: "Nizami Gəncəvi ilində mərkəz Gəncə şəhəri olacaq"

Naqif Həmzəyev:
"880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin duhasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq.
Nizami Gəncəvinin elə bir dühadır ki, Onun yaradıcılığı bütün bəşəriyyətə məxsusdur"

 Bu fikirləri 7NEWS.az- açıqlamasında Millət vəkili Naqif Həmzəyev bildirib.N.Həmzəyef əlavə edib ki, dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin yubileyinin təkcə doğulduğu Gəncədə, Vətəni Azərbaycanda deyil dünya ölkələrində də keçirilməsi Nizami Gəncəvi irsinin dünyada tanıdılması istiqamətində növbəti addım olar. 

"Nizami Gəncəvi irsinin dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb, bu gün də davam edir. Nizami Gəncəvi Gəncədə doğuldu, Gəncədə yaşayıb-yaratdı. Nizami Gəncəvnin Məqbəsi də qədim şəhərdə yerləşir. Məqbərənin yaxınlığında tikilən muzeyi şairin həyat və yaradıcılığı haqqında ziyarətçilərə geniş məlumat öyrənməyə imkan yaradır. Sözü ilə, elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi şairlərin sırasında ucalan Nizami Gəncəvinin muzeyinin ölkəmizin digər şəhərlərində, dünyanın böyük şəhərlərində yaradılmasına ehtiyac var. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir.  Cild-cild hikmət divanlarına açar olan "Xəmsə”sini dünya ədəbiyyatına bəxş edən Nizami Gəncəvinin idrakla, təfəkkürün vəhdətindən qaynaqlanan poetik əsərləri bu gün də aktuallığını qoruyub saxlayan irsinin öyrənilməsi, təbliği hər birimizin vətəndaşlıq borcu
olmalıdır."-deyə N.Həmzəyev bildirib.
 
7News.Az

Xəbər lenti