"Müharibə başlasa, heç bir qüvvə qarşımızda dayana bilməyəcək"

"Həmişə olduğu kimi, yenə də təxribat yaratmaq istəyən qüvvələr var. Onlar dezinformasiyalar yayaraq, cəmiyyətin fikirlərinə təsir etmək istəyirlər".

Bunu "MediaPost”a açıqlamasında Qarabağ döyüşçüsü İbrahim Məmmədov deyib.

O bildirib ki, belə həssas məqamda xaricdən idarə olunan qüvvələr öz maraqları üçün hər vasitəyə əl atırlar:

"Azərbaycan Ordusu regionun ən güclülərindəndir. Ordumuzun istənilən hücumdan müdafiə olunma, hər bir təxribata cavab vermə bacarığı var. İndi 30 il əvvəlki vəziyyət deyil, bütün növ təchizatımız modernləşib. Müasir texnikaları idarə edə bilən hazırlıqlı, peşəkar mütəxəssislər hazırlanıb. Bu proses indi də davam edir". 

İ. Məmmədovun fikrincə, müharibə başlasa, heç bir qüvvə qarşımızda dayana bilməyəcək: 

"Müharibə variantından başqa həll yolu qalmaya bilər. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də, istədiyinə nail ola bilmədi. Heç bir qüvvə ordumuzun qarşısında dayana bilməyəcək. İstər canlı qüvvə, istərsə də texniki təminat baxımından kifayət qədər hazırlıqlıyıq. Ermənistan ordusunun necə təmin edildiyi hamıya məlumdur. Onlar orduya pul qarşılığında xarici ölkə vətəndaşlarını cəlb edirlər. Bunun nəticəsində, itkilərinin sayını gizlədə bilirlər".

Xəbər lenti