Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən növbəti “Könüllü”lərə sertifikat verildi

Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən növbəti “Könüllü”lərə sertifikat verildi

Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən növbəti  "Könüllü”lərə sertifikat verildi.

Respublika Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də uğurla yerinə yetirilir.

Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.

Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulmuş, müxtəlif sosial bacarıqlarını göstərirlər. Şəhər  İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunmuşdur. Bu gün Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçən "Könüllü”lərə sertifikatlar verilib. Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və könüllülər iştirak edib. İcra başçısı  əvvəlcə gənclərə  bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb.Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra 2  könüllüyə Mingəçevir  İcra Hakimiyyəti tərəfindən sertifikatlar təqdim olunub, digər  könüllülərə yeni könüllülük  fəaliyyətində uğurlar arzulayıblar.






Xəbər lenti