Milli təhlükəsizliyə təhdidlərə qarşı barışmaz olmalıyq
22 Avqust 2019, 10:55
22 Avqust
2019
10:55
1610
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə "Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır” başlıqlı xüsusi açıqlamasında terroru və ekstremizmi, radikalizmi və ifrat dini fundamentalizmi dəstəkləyən qüvvələrin Gəncə hadisələri ilə nəticələnmiş fəaliyyəti dövlətçiliyimizə qarşı qəsd aktı, milli maraqlarımıza qarşı məkrli təxribat kimi dəyərləndirilib.
Son zamanlar radikal qüvvələrin fəallaşması Gəncə hadisələrinin ildönümünə və ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.
Bu gün müstəqil dövlətimizin iqtisadi, sosial və mədəni yüksəlişini gözü götürməyən, sosial şəbəkələrdə, internet saytlarında terroru, ekstremizmi və dini fundamentalizmi təbliğ edən radikal qüvvələrin və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları cəmiyyətdə ciddi narazılıq doğurur, dövlətə sadiqlik, vətənə sevgi, xalqa məhəbbət hissi ilə yaşayan hər bir vətəndaşı haqqlı olaraq hiddətləndirir.
Məqalədə bir sıra dövlətlərin ölkəmizdə bərqərar olmuş siyasi sabitlikdən, milli birlikdən və davamlı iqtisadi inkişafdan qıcıqlanan radikal klerikal dairələrinin, Azərbaycanın bütövlüyünə qənim kəsilmiş separatçıların və siyasi fəaliyyət pərdəsi altında şəxsi istəklərinə nail olmağa çalışan, sosial şəbəkə auditoriyası ilə hər bir görüşü söyüşlə bitən radikal müxalifət qruplarının fəaliyyətinə düzgün və obyektiv qiymət verilməklə yanaşı, dövlətin təhlükəsizliyi və milli mənafelərin heç vaxt və heç bir şərtlə müzakirə mövzularına çevrilməməsinin, milli təhlükəsizliyə təhdid yaranarsa, hər bir azərbaycanlının öz vətəndaş mövqeyini ortaya qoymasının vacibliyi vurğulanıb, mövcud həssas vəziyyətdə cəmiyyətimizə qətiyyət və sayıqlıq, vətəndaşlarımıza milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməklə bağlı çağırış səslənib: "İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir”.
Müstəqil Azərbaycanın milli təhlükəsizliyinin təminatı dedikdə dövlət və ictimai institutların, eləcə də ölkə vətəndaşlarının şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliynə təhdidlərin aşkarlanması və onların qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyəti başa düşülür. Məlumdur ki, bu fəaliyyət milli təhlükəsizliyin təmin edilməsinə yönəlmiş dövlət siyasəti ilə müəyyənləşdirilir. Bununla yanaşı, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması təkcə dövlətin yox, həm də bütün cəmiyyətin və ayrı-ayrılıqda hər bir vətəndaşın milli maraqların müdafiəsinə yönəlmiş vəzifəsidir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından 28 il ötür. Sosial şəbəkələrin fəal istifadəçiləri olan və ideoloji baxımdan dünyagörüşü yenicə formalaşan yeniyetmə və gənclərdən fərqli olaraq, yaşlı nəslin nümayəndələri ölkəmizin və xalqımızın dövlət müstəqilliyinin təşəkkül tapması və möhkəmlənməsi yolunda nə cür mücadilələr apardığını, hansı məşəqqətlərlə üzləşdiyini və nə dərəcədə ağır itkilər verdiyini yaxşı bilir: biz xalqın azadlığı, dövlətin müstəqilliyi naminə şəhidlər qurban vermişik, taleyüklü hadisələrin canlı şahidləri olmuşuq.
Dövlətçiliyimizin tarixi ilə dərsliklərdən, elmi-kütləvi ədəbiyyatdan və İnternet səhifələrindən tanış olan gənc nəslimizin milli təhlükəsizliyə və milli mənafelərə ciddi təhdidlərin yaşandığı zaman kəsiyində ziyalı sözünə böyük ehtiyacı var. İti qələmi, kəsərli sözü olan hər bir ziyalı yeniyetmə və gənclər auditoriyasında terroru, ekstremizmi və dini fundamentalizmi təbliğ edən radikal qüvvələrin və onların havadarlarının fəaliyyətinə münasibət bildirməklə təkcə vəzifə borcunu deyil, həm də vətəndaşlıq borcunu yerinə yetirmiş olur.
Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...