Milət vəkili: "MEDİA-nın qısa zamanda həyata keçirmiş olduğu tədbirlər mediamızın sistemli inkişafını təmin edir"

Milət vəkili:
Bu sözləri 7NEWS.az saytına açıqlamasında millət vəkili Ramil Həsən deyib:
 
"Çox böyük şərəf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda cənab prezdient İlham Əliyevin başlatmış olduğu və hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın hərtərəfli və sistemli şəkildə dəstəyi ilə həyata keçirilən reform və isalahatlar siyasətinin tərkib hissəsi olaraq mediada da proseslər uğurla davam edir. Media cəmiyyətin güzgüsüdür və qlobal dünyada xüsusi əhəmiyyətə malikdir. Bu mənada Medianın İnkişafı Agentliyinin qısa zamanda həyata keçirmiş olduğu tədbirlər birmənalı şəkildə mediamızın inkişafını dünya səviyyəsinə çatdırılmasına hesablanıb. Agentliyin həyata keçirdiyi müsabiqəni, bu xüsusda, ayrıca qeyd etmək lazımdır. Qalib olan bütün media subyektlərini təbrik edirəm. Onlayn medianın dəstəklənməsi bir ilkdir və əminəm ki, davamlı olacaqdır. Əminəm ki, növbəti müsabiqələrdə digər saytların fəaliyyəti də dəstəklənəcəkdir. Sözsüz ki, redaksiyaların maddi-texniki bazalarının gücləndirilməsi milli maraqlarımızın daha peşəkar səviyyədə müdafiəsini təmin edəcəkdir. Əminəm ki, gəlcəkdə ortaq media platforması kimi  Azərbaycan və Tükiyə arasında qardaş iki ölkənin bu sahədə strateji fəaliyyətini koordinə edən belə bir çərçivədə də MEDİA müxtəlif istiqamətlərdə müsabiqələr həyata keçirəcəkdir. Bir daha bu istiqamətdə uğur qazanmış bütün informasiya portallarına, saytlarına və strukturlarına, o cümlədən, çox sıx əməkdaşlıq etdiyimiz  7NEWS.az saytına və onun rəhbəri dəyərli dostumuz Səbuhi Abbasova uğrular diləyir və MEDİA-nın rəhbərliyinə isə belə sağlam, doğru seçim etməyi cəsarətindən dolayı təbrik etmək istəyirəm." 


Xəbər lenti