Mehriban Əliyeva jurnalistləri təbrik etdi: “Hər birinizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram!" — FOTO

Mehriban Əliyeva jurnalistləri təbrik etdi: “Hər birinizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul - Milli Mətbuat Günü ilə bağlı "Instagram” hesabında paylaşım edib. 


7News.Az xəbər verir ki, paylaşımda deyilir:


"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!


Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!


Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”
 
 


 

 

Xəbər lenti