Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi - FOTO

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram!

Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

 


Xəbər lenti