MEDİA ilə BSU arasında görüş keçirilib

MEDİA ilə BSU arasında görüş keçirilib
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevlə görüşüb.

MEDİA-nın əməkdaşlarının, BSU-nun Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin iştirak etdiyi görüşdə universitetlə əməkdaşlığın prioritetlərindən, əlaqələrin daha da inkişafı ilə bağlı layihələrdən, Azərbaycan mediasının keçdiyi inkişaf yolundan, aparılan islahatlardan bəhs olunub.

Ölkəmizdə media sahəsində islahatlar prosesinin geniş vüsət aldığını deyən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov "Media haqqında” Qanunun qəbulunu zəruri edən səbəblərdən danışıb. Əhməd İsmayılov universitetlə əməkdaşlığın yeni hədəflərə yol açacağını qeyd edib.

Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev vurğulayıb ki, MEDİA Agentliyi ilə birgə əməkdaşlıq sayəsində yeni layihələrin icrası təmin ediləcək, jurnalistika fakültəsində təhsil alan tələbələrə öz biliklərini daha da artırmaq üçün geniş imkanlar yaranacaq.

Xəbər lenti